Icma.az
close
up
RU
Trampın sərt açıqlaması Aİ ni ayağa qaldırdı: Qisas təhlükəsi...

Trampın sərt açıqlaması Aİ ni ayağa qaldırdı: Qisas təhlükəsi...

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Trampın tezliklə Avropa İttifaqına (Aİ) gömrük rüsumlarını açıqlayacaqlarını açıqlaması və Aİ-ni “ABŞ-ı məhv etmək üçün qurulmuş bir qurum” kimi qələmə verməsi Avropa liderlərini qəzəbləndirib.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Aİ-yə qarşı gömrük rüsumlarını açıqlayacaqlarını bəyan edərək, 25 faizlik tarif tətbiq etməyə qərar verdiklərini açıqlayıb.

Aİ-yə hansı səviyyədə gömrük rüsumlarının tətbiq ediləcəyi ilə bağlı suala Tramp belə cavab verib: “Biz qərar qəbul etmişik, bunu çox yaxında elan edəcəyik və bu, ümumilikdə 25 faiz olacaq. Bu, avtomobillərə və digər şeylərə şamil olunacaq. Avropa Birliyi ABŞ-ı məhv etmək üçün yaradılıb, amma indi mən onun prezidentiyəm”.

Tramp AB-nin qisas almağa çalışa biləcəyini, lakin bunun müvəffəqiyyətli olmayacağını, bu halda artıq oradan idxal etməyəcəklərini əlavə edib.

Trampın sərt bəyanatlarına Avropa İttifaqının reaksiyası dərhal gəlib. Polşanın baş naziri Donald Tusk Trampın “Avropa Birliyi ABŞ-ı məhv etmək üçün yaradılıb” bəyanatına qarşı çıxıb: “Aİ kimisə məhv etmək üçün deyil, sülhü qorumaq, xalqlarımız arasında hörmət bağını qorumaq, azad və ədalətli ticarət yaratmaq və transatlantik dostluğumuzu gücləndirmək üçün yaradılıb”, - deyə bildirib.

Tusk daha əvvəl ticarət müharibəsinin “lazımsız və axmaqlıq” olduğunu demiş və bundan qaçmaq üçün lazım olan hər şeyi etməyə çağırmışdı.

Fransanın maliyyə naziri Erik Lombard "AFP" xəbər agentliyinə verdiyi açıqlamada Trampın 25 faizlik tarifləri tətbiq edəcəyi təqdirdə Avropa Birliyinin cavab addımı atacağını bildirib və əlavə olaraq: "Əgər amerikalılar tarifləri artırmağa davam edərsə, AB-nin də eyni şeyi edəcəyi aydındır", - deyib.

Tramp hakimiyyətinin ilk dövründə Avropa İttifaqını “ticarətdə ABŞ-a zərər vermək üçün yaradılmış düşmən” kimi təsvir edib. O, ötən gecə Nazirlər Kabinetinin iclasında bu ittihamı təkrarlayıb. “New York Times” qəzetinin təhlilinə görə, Tramp dərhal Rusiyanı dəstəkləyib, Avropanın öz qayğısına qalması lazım olduğunu deyib və son zərbə olaraq tarifləri açıqlayıb.

Avropadakı bəzi rəsmilər və analitiklər Tramp administrasiyasını sadəcə olaraq Avropaya “laqeyd” hesab edirlər; Bəziləri iddia edir ki, indi “açıq düşmənçilik” var. Hər iki qrupun əmin olduğu bir şey odur ki, Amerika indi daha az etibarlı və gözlənilməz tərəfdaşdır.

Dünən axşam verdiyi açıqlamada Kanada və Meksikaya tətbiq edilən tarifləri dayandırmayacağını söyləyən Tramp, Kanada və Meksika üzərindən ABŞ-a gələn fentanil səbəbiylə milyonlarla insanın öldüyünü iddia edib. “Tariflərin hamısı deyil, bir çoxu davam edəcək”, - deyən Tramp, Kanada və Meksika ilə yanaşı bütün digər tariflərin də aprelin 2-də qüvvəyə minəcəyini bildirib.

ABŞ prezidenti fevralın 1-də imzaladığı fərmanla Kanada və Meksikadan idxala 25 faizlik gömrük rüsumunu tətbiq edib. Tariflərin fevralın 4-dən qüvvəyə minəcəyi gözlənilirdi.

Trump, tariflərin qüvvəyə minməsindən bir gün əvvəl sərhəd təhlükəsizliyinin artırılması müqabilində Kanada və Meksikaya tariflərin 30 günlük dayandırılacağını açıqladı.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Fevral 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri