Icma.az
close
up
RU
Trampın tariflərlə bağlı bəyanatı icra olunarsa, Azərbaycan iqtisadiyyatına necə təsir edər? EKSPERT AÇIQLADI

Trampın tariflərlə bağlı bəyanatı icra olunarsa, Azərbaycan iqtisadiyyatına necə təsir edər? EKSPERT AÇIQLADI

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın idxala yalnız məhdud tariflər tətbiq etməyi planlaşdırması ilə bağlı xəbərlərdən sonra dollar avro və funtsterlinq qarşısında kəskin ucuzlaşmağa başlayıb. Bu ucuzlaşmadan sonra qlobal valyuta bazarındakı aqibət necə olacaq? Prosesin Azərbaycan iqtisadiyatına da mənfi və ya müsbət təsiri olacaqmı?

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kazımlı Moderator.az-danışdı.

O bildirdi ki, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın da hansı tədbirlər görəcəyi barədə bəyanatları var. Dünən də “Vaşinqton Post” bir məqalə dərc etdi. Sonra Tramp öz sosial şəbəkəsində yazılanları təkzib etdi, bəyanatlarının, verdiyi sözlərin, vədlərin arxasında olduğunu dedi:

"Burada bir neçə əsas istiqamət var. Meksika, Kanada,  Avropa və Çinə tarif tətbiq etmək, bundan başqa, immiqrasiya siyasətinin sərtləşdirilməsi, neft hasilatı ilə əlaqədar indiki Bayden hökuməti çoxlu məhdudiyyətlər qoyurdu. Trampın indi Azərbaycana təsir edəcəyi istiqamət nə ola bilər? Birincisi, neftin qiyməti ilə bağlı hər hansı bir addım atar, Tramp deyir ki, mən neft hasilatına heç bir məhdudiyyət qoymayacam. Neft hasilatına və ixracatına neft qazıntı işlərinə heç bir məhdudiyyət qoymayacam və bu neftin qiymətini aşağı salan bəyanatda indi hansı formada olacaq? Yəqin ki, bu fikrə görə də neftin qiyməti düşəcək. 

Trampın bir çox bəyanatları həm də iqtisadiyyatın inkişafı ilə bağlıdır. Vergilərin azaldılması, insanların vergilərin, xüsusən də az gəlir əldə edən işçilərin vergilərdən azad edilməsi, yəni vergilərin aşağı salınması ilə bağlı qərarı iqtisadiyyatı inkişaf etdirmək istiqamətindədir. Amma eyni zamanda da tariflər filan da iqtisadiyyata problem yaradacaq. Qlobal iqtisadiyyata problem yaradacaq.  Amerikada hasilat artacaq, neft qiyməti düşəcək demək sadəlövhlük olardı. 

Eyni zamanda, onun “Rusiya Ukrayna müharibəsini bitirəcəm”, “dünya müharibəsinin qarşısını alacam” kimi fikirləri iqtisadiyyatı inkişaf etdirməsinə xidmət edəcək. Bu da neft bazarına müsbət təsir edən amil, yəni müxtəlif neft bazarlarına təsir edən amillərdəndir. 

İkinci istiqamət isə dolların qiyməti ilə əlaqədar proqnozlardır. Bu barədə müxtəlif təşkilatların proqnozları var. Kimisi bunun 12, kimisi 15  avro arasında oynayacağını deyir.  Bütün bu arqumentlərin kökündə dolların güclü qalacağı fikri var. Çünki Amerika Mərkəzi Bankının Avropa Mərkəzi Bankı ilə müqayisədə daha az faiz endiriminə gedəcəyi ilə bağlı görüşlər var. Bu amillər də dolları nisbətən güclü saxlayacaq. Bax belə, dolların güclü qalması da Azərbaycan üçün bir tərəfdən inflyasiyanın aşağı düşməsi baxımından yaxşıdır. Çünki nəzərə alsaq ki, hökumət keçən ilin ortasında enerji daşımasını artırıb, bu ilin əvvəlində də kommunal haqlarının qiymətini artırıb, yəni inflyasiyanı hökumət təsdiqləyib. Hökumət biznesin də, vətəndaşın da xərcini artırıb. Dolların güclü qalması və manatın da dollara 1.70 nisbətində saxlanması idxal inflyasiyasını aşağı salan amildir. 

Eyni zamanda, dolların güclü qalması və digər valyutaların ucuzlaşması da Azərbaycanın qeyri-neft ixracına bir qədər də mənfi təsir göstərir. Yəni bunun ikitərəfli təsiri var".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Yanvar 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri