Trampın yeni tarifləri Tesla avtomobillərinin qiymətlərinə ciddi təsir göstərəcək
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Yeni Tesla avtomobillərinin qiymətləri Tramp administrasiyasının digər ölkələrlə ticarət məhdudiyyətləri səbəbindən artacaq".
Banco.az xəbər verir ki, bu sözləri milyarder İlon Mask X-də yazıb.
"Qeyd etmək lazımdır ki, Tesla bu məsələdə zərərsiz qalmayıb. Tariflərin Teslaya təsiri hələ də əhəmiyyətlidir. Tarif məhdudiyyətləri başqa ölkələrdən gətirilən Tesla avtomobilləri üçün ehtiyat hissələrinin qiymətinə təsir edəcək, qiymətə təsiri əhəmiyyətli olacaq",- milyarder qeyd edib.
Martın 26-da Tramp ABŞ-ın ölkədən kənarda istehsal olunan bütün avtomobillərə 25% idxal rüsumları tətbiq edəcəyini açıqlayıb. Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan idxal edilən demək olar ki, bütün məhsullara 25% rüsum tətbiq etdi və Çindən gələn mallara rüsumları 10%-dən 20%-ə qaldırdı. Martın 6-da Tramp üçtərəfli ticarət sazişi çərçivəsində Kanada və Meksikadan gətirilən mallara 25 faizlik idxal tariflərinin tətbiqini aprelin 2-dək təxirə salmaq barədə sərəncam imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 27 Mart 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















