Icma.az
close
up
RU
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti “TRT World Forum 2025”də iştirak edib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti “TRT World Forum 2025”də iştirak edib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində “TRT World Forum 2025” keçirilib. 2017-ci ildən bəri keçirilən bu forum dünyanın müxtəlif regionlarından dövlət və hökumət nümayəndələrini, alimləri, media və fikir liderlərini bir araya toplayan geosiyasi cəhətdən önəmli platformaya çevrilib. Rəsmi məlumata görə, builki forumda 35 ölkədən 1500-dən çox iştirakçı və 132 spiker yer alıb.

Bu barədə AZƏRTAC Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.

Bildirilib ki, “TRT World Forum 2025”in açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı və SETA-nın baş direktoru Burhanəddin Duran çıxış ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Forum çərçivəsində “Mərkəzi Asiyada mədəni diplomatiya və kollektiv kimlik: Regional əlaqə və birliyə aparan yollar” adlı ekspertlər dəyirmi masasında spiker qismində Fondun fəaliyyəti, həyata keçirilən layihələr və Türk dünyasında mədəni inteqrasiyanın gücləndirilməsi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb.

Xanım A. Raimkulova, həmçinin Fondun UNESCO, ISESCO, Türk Dövlətləri Təşkilatı (TDT), TÜRKSOY, Türk Akademiyası, TÜRKPA və digər beynəlxalq qurumlarla əməkdaşlığını qeyd edərək, bu tərəfdaşlıqların Türk dünyasının səsinin qlobal səviyyədə eşidilməsinə imkan yaratdığını diqqətə çatdırıb.

Akademik mübadilələrin, ortaq dil və təhsil proqramlarının insanların bir-birinə yaxınlaşmasında mühüm rol oynadığını qeyd edən Fondun prezidenti bu istiqamətdə həyata keçirilən layihələr - “Türk ədəbiyyatının inciləri”, “Türk dünyasının elmi inciləri”, “Türk dünyasının görkəmli şəxsiyyətləri” və “Türk dünyasının tarixi inciləri” seriyaları, eləcə də “TurkDiscovery” adlı rəqəmsal platformanın beynəlxalq səviyyədə maarifləndirici rolunu xüsusi vurğulayıb.

Aktotı Raimkulova həmçinin Fondun mədəni irsin qorunması və təqdimatı sahəsində həyata keçirdiyi nümunəvi layihələr –“Türk dünyasının mədəni kodu” Türk dünyasının mədəni irsi kataloqu və “Türk folklor irsi” adlı antologiyası, “Divanü Lügat-it-Türk”ün 950 illiyinə həsr olunan beynəlxalq konfrans, Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə yubiley tədbirləri, “Qurama” sənəti festivalı, “MIRAS” etnodizaynerlər forumu və digər təşəbbüsləri barədə də məlumat verib.

Onun sözlərinə görə, Fondun əsas məqsədi keçmişin irsini gələcəyin dəyərlərinə çevirmək, mədəniyyət vasitəsilə xalqlar arasında dayanıqlı əməkdaşlıq, dialoq və birliyi möhkəmləndirməkdir.

“TRT World” kanalının aparıcısı və müxbiri Cəffər Hasnainin moderatorluğu ilə baş tutan sessiya müzakirəsində, Qırğız Respublikasının sabiq Baş naziri Joomart Otorbaev, Qırğız Respublikasının keçmiş mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Jamankulov, TÜRKSOY-un Baş katibi Sultan Rayev və Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais və başqaları çıxış ediblər.

Müzakirə sessiyası Mərkəzi Asiyada mədəni diplomatiyanın, ortaq kimlik və mədəni irsin regional əməkdaşlıqda oynadığı rola həsr olunub. Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri, ekspertlər və media təmsilçiləri iştirak ediblər. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see213

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see161

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see160

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see134

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see124

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see123

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see123

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see122

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see121

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see120

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri