“TÜRK MİLLƏTİ YANINIZDADIR...” Qurban Qurbanovu kövrəldən sürpriz + VİDEO
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin idman səhifəsi “Zspor”un bloqeri Recep Kaya “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova sürpriz edib.
"AzPolitika" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, komandamıza İspaniyada “Atletik Bilbao” ilə keçiriləcək oyundan əvvəl dəstək videoçarxı hazırlayıb.
Belə ki, sözügedən videoçarxda İngiltərə, İran, Qazaxıstan, Almaniya, Türkmənistan, Belçika və Türkiyənin bir sıra şəhərlərindən insanlar “Qarabağ”a inandıqlarını və dəstək olduqlarını bildiriblər.
Qurban Qurbanov videonu izləyərkən təsirlənib.
Bloqer R. Kaya da paylaşıma bu sözləri yazıb: “Qurban müəllimi “Atletik Bilbao” matçından əvvəl kövrəltdik”.
Qeyd edək ki, “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda İspaniyanın “Atletik Bilbao” klubu ilə üz-üzə gələcək.“San Mames” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Həmin videoçarxı təqdim edirik:

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 22 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















