Icma.az
close
up
RU
Türkiyəli ekspert: Dünya ictimaiyyəti Qərbi Azərbaycan haqqında həqiqətləri bilməlidir

Türkiyəli ekspert: Dünya ictimaiyyəti Qərbi Azərbaycan haqqında həqiqətləri bilməlidir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 23 may, AZƏRTAC

“Qərbi Azərbaycan mövzusuna və regionumuzun gerçəklərinə həsr olunmuş beynəlxalq tədbirlər Cənubi Qafqaz və Anadolu tarixinin təbliği, ermənilərin faktları saxtalaşdırmaq və dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısının alınması baxımından çox önəmlidir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankaranın Hacı Bayram Vəli Universitetinin dosenti Esma Özdaşlı bildirib. O, mayın 21-də Ankarada keçirilmiş “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin təminatıdır” mövzusunda beynəlxalq konfransdakı çıxış və təəssüratlarını bölüşüb.

Ekspert təəssüflə qeyd edib ki, dünya ictimaiyyəti hələ də Qərbi Azərbaycanın tarixi sakinlərinin taleyi barədə yetərincə məlumatlı deyil.

Ekspert misal olaraq 1915-ci il hadisələri ətrafında yaradılan qondarma “soyqırım” ajiotajını göstərib. “Tarixi uydurmalara əsaslanan antitürk isteriyasını davam etdirən ermənilər eyni zamanda bugünkü Ermənistan ərazisindəki tarixi yurdlarından yüz minlərlə azərbaycanlının zorla çıxarılmasını hər vəchlə gizlətməyə çalışırlar”, – deyə E. Özdaşlı qeyd edib və Qərbi Azərbaycan sakinlərinə qarşı qanlı cinayətlər törədildiyini xüsusi vurğulayıb.

O bildirib ki, bu gün 1915-ci il hadisələrini ‘soyqırım’ kimi təqdim edənlər özləri soyqırımı törədiblər.

“Azərbaycanlılara qarşı cinayətlər İrəvanda, Göyçədə, Zəngəzurda və digər bölgələrdə baş verib. Tarixi yaddaşı silmək məqsədilə ermənilər toponimləri dəyişib, qəbiristanlıqları və məscidləri məhv ediblər”, – deyə ekspert bildirib və əlavə edib ki, bu kimi cinayətlər Azərbaycan torpaqlarının təxminən 30 il davam edən işğalı dövründə də ermənilər tərəfindən törədilib.

O, həmçinin ermənilərin Azərbaycanın Qarabağ bölgəsində törətdikləri ekosid və ölkənin yeraltı sərvətlərinin talanması faktını da xatırladıb. “Ermənilər vicdan əzabı çəkmədən uzun illər ərzində Azərbaycanın resurslarını Fransaya və bir çox başqa ölkələrə satıblar”, – deyə Hacı Bayram Vəli Universitetinin müəllimi vurğulayıb.

Onun sözlərinə görə, bu cür cinayətlərin qarşısını almağın yolu bölgəmizin qanlı tarixi səhifələri barədə dünya ictimaiyyətini məlumatlandırmaqdan keçir.

Ekspert qeyd edib ki, Azərbaycanın haqlı mövqeyinin təbliği yolunda, o cümlədən Qərb mediası vasitəsilə yayılan dezinformasiyalar nəticəsində, dünyada ciddi informasiya maneələri formalaşdırılıb. “Biz bu vəziyyətlə 44 günlük Vətən müharibəsi dövründə də qarşılaşdıq. Ermənilərin diasporasının fəal olduğu Fransada və digər ölkələrdə Azərbaycanın tarixi qələbəsinin işıqlandırılmasına süni əngəllər yaradılırdı”, – deyə E. Özdaşlı bildirib və əlavə edib ki, erməni meylli isteriya o həddə çatmışdı ki, Fransada Azərbaycan diplomatlarının bəyanatlarını yaymaqdan belə imtina olunurdu.

O vurğulayıb ki, vəziyyətdən çıxış yolu Ankara və Bakı arasında həmrəylik şəraitində atılan birgə addımlardır. Bu addımlara Qərbi Azərbaycanda tarixi ədalətin bərpası məsələsi də daxildir. “Dünya Zəngəzur və Qərbi Azərbaycanın digər bölgələrindən olan insanların taleyini, onların doğma yurdlarını hansı şəraitdə tərk etməyə məcbur qaldıqlarını bilməlidir”, – deyə ekspert bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 06:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri