Türkiyənin xarici işlər naziri: Suriyaya qarşı əvvəllər tətbiq edilmiş bütün sanksiyalar ləğv edilməlidir
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkənin yenidən qurulmasına effektiv şəkildə başlamaq üçün Suriyaya qarşı əvvəllər tətbiq edilmiş bütün sanksiyalar ləğv edilməlidir.
APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə Suriyanın yeni hakimiyyət orqanlarının lideri Əhməd ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Bu gün beynəlxalq ictimaiyyət, xüsusən də region ölkələri Suriyanın ayağa qalxması və milyonlarla köçkünün öz ölkələrinə qayıtması üçün səfərbər olmalıdır. Suriyada əvvəlki rejimə qarşı tətbiq edilən bütün sanksiyalar tez bir zamanda aradan qaldırılmalıdır. İnvestisiya, maliyyələşdirmə, infrastruktur, səhiyyə və təhsil xidmətləri mümkün qədər tez təmin edilməlidir. Qaçqınların geri qayıtması üçün Suriyada yenidənqurma işlərinə təcili başlamaq lazımdır” – Fidan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 Dekabr 2024 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















