Türkiyəyə sürgün edilən Xomeyniyə ŞOK: əbası çıxarıldı, 12 yaşlı qıza qəzəbləndi... Gizlinlər+FOTOLAR
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
İranda baş verən etirazlar və mövcud rejimin devrilməsi ilə bağlı səsləndirilən fikirlər fonunda İslam İnqilabının siyasi və ruhani lideri Ruhullah Mustafavi Musəvi Xomeyninin keçmişi yenidən gündəmə gəlib.
Onun inqilabdan öncəki müddətdə Fransa təyyarəsi ilə İrana gətirilməsi və burada inqilabın gerçəkləşdirilməsinə diqqət çəkilsə də, Türkiyə ilə bağlı keçmişi daha az müzakirə edilir.
Bəs Xomeynini Türkiyəyə aparan səbəb nə idi? O, burada necə xatırlanır?
Globalinfo.az xəbər verir ki, gənc yaşlarında valideynləri və ona baxan qohumlarını itirən Ruhullah Xomeyni din təhsili alıb. O, üzvü olduğu dini birləşmələrdə Pəhləvi hökumətini sərt tənqid etməsi, İranın teokratik rejimlə, İslam qanunları ilə idarə olunması fikrini önə sürməsi ilə adını tanıdıb. Şəriət fikirlərini təbliğ edən Xomeyni dini çevrələrdə əvvəlcə “ayətullah”, daha sonra “böyük ayətullah” statusuna yüksələrək İrandakı şiə cameəsinin ən üst məqamına çatıb.
1962-1963-cü illərdə İran şahının torpaq islahatı çərçivəsində dini vəqflərə məxsus mülklərin müsadirə edilməsinə kəskin qarşı çıxdığı üçün həbs edilib. Bunun ardınca ölkədə hökumət əleyhinə etirazlar başlayıb. Xomeyni bir il həbsdə qaldıqdan sonra, 1964-cü il 4 noyabr tarixində Türkiyəyə sürgün edilib.
Sürgün günləri
Ankaraya gətirilən Ayətullah qısa müddət sonra Bursa şəhərinə aparılıb. Mənbələrin məlumatına görə, Xomeyni burada fars dilini bilən polkovnik Ali Çetiner adlı bir türk kəşfiyyatçısının evində qalıb. Hətta mübahisəli “Təhrir əl- Vəsilə” əsərini də burada yazıb. Türkiyənin qurucu lider Mustafa Kamal Atatürkün edam etdirdiyi radikal din adamlarının məzarlarını ziyarət edib, onlara hörmətini bildirib. Daha sonra isə İran şahının adamlarının tövsiyəsi ilə İraqa sürgünə göndərilib.
Xomeynini Bursada qonaq edən ailə 1982-ci ildə Türkiyədə nəşr olunan “Erkekçe” adlı erotik məzmunlu jurnala müsahibə verib. Hətta belə bir ciddi müsahibənin o jurnalda yayılması böyük maraqla qarşılanıb. Ailə geniş müsahibədə Ayətullahla bağlı bütün müşahidələrini bölüşüb.
Məsələn, ailə üzvlərinin birinin açıqlamasında deyilir:
“Çox sakit və az danışan biri idi. 12 yaşlı qızımın yemək süfrəsində başı açıq oturmasına qəzəblənmişdi. Bir gün küçəyə çıxıb gəzmək istəyirdi. Biz əbasını çıxarması üçün israr etdik, birtəhər razı sala bildik. Bir müddət sonra özü də sıxıldığı üçün normal şalvar geyinməyə, başına sadəcə şərf bağlayaraq çıxmağa başladı. İlk dəfə Bursada küçəyə çıxanda müasir geyimdə idi. Biz onun bu halının fotosunu çəkdirmək istəyirdik. Lakin hüquq mühafizə orqanları qaldığı yer gizli saxlanıldığı üçün hər hansı bir görüntünün olmamasına çalışırdı. Buna görə oğluma fotoaparatı verib gizlincə çəkməsini dedim. Lakin oğlumun onu çəkdiyini gördü, qəzəbləndi, tez evə qayıtdıq. Modern görüntüdə olmasını əks etdirən fotoların şahın əlinə keçməsindən qorxurdu. Çünki əbasının onun dini obrazını təmsil etdiyini, başqalarının onu belə görməməli olduğunu deyirdi. Lakin zamanla öyrəşdi, hətta özü foto çəkdirməyə başladı.
Türkiyədə olduğu müddətdə əsla tək bayıra çıxmadı, Ali Çetiner həmişə onunla idi. Qalan zamanını evdə davamlı şəkildə kitab oxuyaraq, bir şeylər yazaraq keçirirdi”.
Başqa bir ailə üzvü isə Xomeynini belə xatırlayır: “Bizdə qaldığı müddətdə eyni süfrədən, eyni qazandan yemək yeyirdik. Əvvəl “şapır şupur” yeyirdi, sonra daha diqqətlə yeməyə başladı. Bir müddət sonra mən (ev sahibi) süfrəyə oturmadan yemək yeməməyə başladı. Küçəyə çıxanda onu görən insanlara qayınatam olduğunu, qayınanam rəhmətə getdiyi üçün yanımıza gətizdirmiyizi deyirdik”.
Digər bir xatirədə deyilir: “Bir dəfə İzmirə getmişdik. Oğlu da bizimlə idi. Qaldığımız oteldə açıq geyinən qadınlar vardı, heç narahat olmadı, reaksiya belə vermədi. Oğlu isə ağzı açıq şəkildə qadınları izləyirdi. Keyfi yerində idi. Daha sonra Bursaya qayıtdıq”.
Qeyd edək ki, Ruhullah Xomeyni İraqa köçürüldükdən sonra burada Pəhləvilərə qarşı fəaliyyətini daha açıq şəkildə davam etdirməyə başlayıb.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 14 Yanvar 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















