Icma.az
close
up
RU
Türklərə “göndərilmiş” İsa nə edəcək? Türkiyə səfəri sonrası kritik təyinat

Türklərə “göndərilmiş” İsa nə edəcək? Türkiyə səfəri sonrası kritik təyinat

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriya Milli Ordusunun II korpus komandiri general Fehim İsa müdafiə nazirinin köməkçisi və şimal regionu üzrə komandan təyin edilib. Fehim İsan milliyyətcə Hələb Bəydili türkmənlərindəndir. Onun belə mühüm bir posta təyinatı diqqət çəkir. 

Məlum olduğu kimi, qısa müddət öncə Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara yeni kabinetin tərkibini elan etdi. 22 nəfərlik keçid hökumətində kürd əsilli təhsil naziri Əbdülrəhman Turko, ələvi nəqliyyat naziri Yarub Badr, druzi kənd təsərrüfatı naziri Amjad Badr, xristian və LGBT fəalı sosial işlər naziri hind Kabavat yer alsa da türkmənlərə yer verilmədi. Bu məsələ həm Suriyada türkmənlər, həm də Türk ölkələrində ciddi narazılıqla qarşılandı.

Fehim İsa müdafiə nazirinin köməkçisi və şimal regionu üzrə komandan təyin edilməsi böyük ehtimalla Türkiyənin, xüsusilə də Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının istəyi ilə baş tutub. Məsələ ondadır ki, F.İsa Dövlət Baxçalı ilə yaxınlığı ilə bilinir. Hətta ikili sonuncu dəfə 2023-cü ildə görüşmüşdü. Lakin bu iddianı dəstəkləndirən əsas fakt əş-Şaranın IV Antalya Diplomatik Forumu çərçivəsində Türkiyəyə səfərindən sonra bu təyinata imza atmasıdır.

F.İsanın müdafiə nazirinin köməkçisi və şimal regionu üzrə komandan təyin edilməsinin iki əsas səbəbi ola bilər:

Birincisi, Əhməd əş-Şara açıq şəkildə türkmənlər haqsızlıq etmişdi və bu, türkmənləri ona qarşı çevirə bilərdi. Bundan başqa, görünür, türkmənlərə hökumətdə yer verilməməsi Ankaranı da narahat edib. Həm Türkiyənin narahatlığını aradan qaldırmaq, həm də türkmənləri küsdürməmək üçün o, belə bir qərar verib.

İkincisi, F.İsanın belə mühüm posta təyin edilməsi Ankaranın PKK terror təşkilatına bağlı SDQ/YPG qüvvələrinin Suriyanın şimalında təsirin zəiflədilməsi hədəfi ilə bağlıdır. Belə ki, SDQ/YPG qüvvələri Suriyanın Hələb vilayətinin Şeyx Maqsud və Tişrin rayonlarından çıxarılıb. Bundan sonra Suriya hökumətinə bağlı hərbi qüvvələr Tişrinə daxil olublar.

YPG/SDQ terror təşkilatının lideri Fərhad Abdi Şahin rəsmi Dəməşqin Rakka və Deyr əz-Zordan da çıxmalarını tələb etdiyini açıqlayıb. Eyni zamanda vurğulanıb ki, terrorçular Tabqa və Hasekədən də çıxacaqlar. YPG/SDQ tələb qarşısında əks addım atarsa, əməliyyatların başlaması istisna deyil. Belə olan halda F.İsa kimi bir kadrın regionda varlığı vacibdir.

Nəticə etibarilə Fehim İsanın müdafiə nazirinin köməkçisi və şimal regionu üzrə komandan təyin edilməsini Əhməd əş-Şaranın türkmənlərlə bağlı səhvinin kompensasiyası kimi qiymətləndirmək olar. Lakin bununla belə bu təyinat kürdləri narahat edə bilər. Digər tərəfdən, YPG/SDQ-nin tələbləri asanlıqla yerinə yetirməsi də inandırıcı görünmür. Əgər baş tutarsa, bu qənaətə gəlmək olar ki, YPG/SDQ PKK-nın Türkiyədə tutduğu yolu seçib. Bunun nə olduğu isə bəllidir.

Turan Rzayev 

Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri