Icma.az
close
up
RU
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi

Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan Türk dünyasının birliyinə tarixi töhfədir.

2025-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri sadəcə diplomatik və strateji gündəmlə məhdudlaşmadı. Bu səfər, həmçinin türkdilli dövlətlərin ortaq tarixi, mədəni və mənəvi köklər üzərində qurulmuş birliyinin daha da dərinləşdiyinin növbəti bariz nümunəsi oldu.

Prezident İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdimuhammedov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə baş tutan üçtərəfli görüş çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. 

Bu sənədlər arasında Transxəzər Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq memorandumu, enerji sahəsində informasiya və texnologiya mübadiləsi, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində sazişlər xüsusi əhəmiyyət kəsb edir.

Bu razılaşmalar Türk dünyasının iqtisadi və logistik gücünün birləşdirilməsi, regionda alternativ enerji və davamlı inkişaf prinsiplərinin təşviqi, ərzaq təhlükəsizliyi və ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. 

Azərbaycanın təşəbbüsləri ilə Mərkəzi Asiya ilə Qafqazı birləşdirən inteqrasiya layihələri türk dövlətləri arasında qarşılıqlı asılılığı gücləndirməklə yanaşı  regional sabitliyə də böyük töhfə verir.

Xüsusilə qeyd etmək lazımdır ki,hər gün bir az daha güclənən  birliyimizin sarsılmaz dayağı  daha dərin və güclü bir reallığa– ortaq ruhumuz, mədəniyyətimiz və mənəviyyatımıza bağlıdır.  

Azərbaycan, Türkmənistan və Özbəkistan xalqları əsrlər boyu eyni kökdən, eyni inamdan, eyni dildən və eyni mədəniyyət mühitindən qidalanıblar.

Bu gün biz rəsmi sənədlərə imza atırıq, amma  bizi birləşdirən tarixdə daşlaşmış imzalar  – Dədə Qorqudun nəsihətlərində, Məxtimqulunun misralarında, Nizamidən Nəvayiyə qədər uzanan ədəbi körpülərdə iz qoyub. Bizim xalqlarımız Novruzu birlikdə qeyd edib, qurban bayramında eyni dua ilə birləşib, eyni naxışla xalçalar toxuyub, eyni dastanları dinləyərək böyüyüb. Biz bu ortaq yaddaş üzərində formalaşan və yalnız zamanın yaratdığı fürsətləri vaxtında dəyərləndirən  strateji tərəfdaş  deyil  həm də bir-birinə qırılmaz tellərlə bağlı böyük bir AİLƏYİK.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, "Türk dünyası həm mənəvi güc mərkəzidir, həm də beynəlxalq münasibətlərdə ciddi təsirə malik bir qüvvədir.” Bu gün qardaş ölkələrin liderlərinin əl-ələ verərək, ortaq məqsədlər naminə bir araya gəlməsi,  siyasi  mədəni və tarixi baxımdan münasibətlərimizi yeni bir müstəviyə daşıyır.

İmzalanan sənədlər və atılan addımlar, gələcək nəsillərə daha sıx bağlarla birləşmiş bir Türk dünyası miras qoymaq üçündür. Bu birlik həm bizim gücümüzdür, həm də məsuliyyətimiz. 

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qurulan bu üçtərəfli əməkdaşlıq platforması, Türk Dövlətləri Təşkilatının məqsəd və məramına  uyğun olaraq yalnız bugünün problemlərini həll etməyə deyil, həmçinin sabahın daha güclü, daha firavan  və daha qüdrətli Türk dünyasının qurulmasına xidmət edir.

Əminliklə söyləmək olar ki bu təməl üzərində yüksələn birliyimiz ortaq uğurlu gələcəyimizin ən etibarlı zəmanətidir.

Bahar Muradova

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 24 Avqust 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri