Icma.az
close
up
RU
Üç uşaq anası qızı ilə sinif yoldaşı oldu 31 yaşında attestat aldı FOTO

Üç uşaq anası qızı ilə sinif yoldaşı oldu 31 yaşında attestat aldı FOTO

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Çoxuna adi kağız parçası kimi görünən bu sənəd onun, bəlkə də, ən dəyərli qazancıdır. Üç uşaq anası olandan sonra aldığı doqquzuncu sinif attestatı illərdir çəkdiyi zəhmətin, əməyin bəhrəsi, ümidlərin, arzuların nəticəsidir. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Şabran rayonunun Qazbabalı kənd sakini 31 yaşlı Surayə Heydərovanın kiçik görünən, özü üçün isə böyük uğurundan gedir. 

Onunla hələ illər öncə, jurnalist Coşqun Eldaroğlunun Şabranın ucqar dağ kəndində məktəbdən kənarda qalan uşaqlar üçün keçdiyi dərsləri lentə alan zaman tanış olmuşduq. Əslində uşaqlardan seçilməyən, arıq, çəlimsiz bu qızın 3 uşaq anası olduğunu, övladları ilə bərabər özünün də hazırlıqlara qoşulduğunu öyrənəndə təəccüblənmişdik. Nə kameraya düşmək, nə də danışmaq istəmişdi. Coşqun müəllimin sevimli şagirdlərindən olan Surayənin uşaqlıqdan ağır günlər keçirdiyini, körpə yaşlarında anasını itirdiyini, cəmi bir neçə gün məktəb üzü gördüyünü bilirdik. Əzmi, iradəsi və bacarığı sayəsində o, qarşısına qoyduğu hədəflərə addım-addım irəliləyir. Eksternat imtahanı verərək aldığı 9-cu sinif şəhadətnaməsi isə gələcək uğurlarının başlanğıcıdır. 

Surayə hekayəsini "Qafqazinfo"ya belə nəql edir: "Mən demək olar ki, məktəbdə olmamışam, cəmi bir neçə gün getmişəm. Coşqun müəllimin kəndə gəlib uşaqlara dərs keçdiyini öyrənəndə əvvəlcə uşaqlarımı onun yanına aparmaq qərarına gəldim. Sonra özümdə maraq yarandı. Coşqun müəllim təklif etdi ki, mən də dərslərə qoşulum. Çox sevindim və o gündən - təxminən 4 il bundan öncə mən də dərslərə hazırlığa qoşuldum". 

Həmsöhbətim deyir ki, uğurunda həyat yoldaşının böyük rolu var: "Üç övladım var - iki qız, bir oğlan. Böyük qızım Fidan 12 yaşında, oğlum Dünyamalı 11 yaşında, kiçik qızım Sadəgül isə 9 yaşındadır. Onlarla birgə oxumaq çətin deyil. Əksinə, öz övladınla sinif yoldaşı olmaq çox maraqlıdır.

Bəlkə də, əvvəllər cəmiyyətin təpkisi var idi, amma həyat yoldaşım məni dəstəklədi, hər zaman yanımda oldu. Attestat alana qədər çətinliyim o oldu ki, həm işləyir, həm uşaqlarla maraqlanır, həm də imtahana hazırlaşırdım. Yenə həyat yoldaşımın və müəllimimin dəstəyi ilə bu mərhələni keçdim. Onlar məni heç ruhdan düşməyə qoymadılar. İnşallah, 11-ci sinfin də attestatını alacağam".

S. Heydərova bu gün artıq işləyir, avtomobil idarə edir, öz ayaqları üzərində durmağa çalışır. Hədəfləri isə hələ böyükdür: "Bizim kəndimizdə məktəb 4 illikdir. Qızım 4-cü sinfi bitirdi və belə qərara gəldik ki, rayon mərkəzinə köçək. Çünki uşaqlarımızın təhsilsiz qalmasını istəmirik. Mən rayonda işləməyə başladım, insanları, cəmiyyəti daha yaxşı tanıdım. Oxumağın insan həyatını necə dəyişdirdiyini anladım. Dərk edirəm ki, gələcəkdə həyatını daha rahat yaşaması üçün hər kəs oxumalıdır. Hazırda da həyat yoldaşım mənə çox dəstək olur. O, imkanımız daxilində bir avtomobil aldı və mənə də onu idarə etməyi öyrətdi. İndi özüm maşın sürürəm və rahat işimə gedib-gəlirəm. Hədəfim ali təhsil almaq və xarici dil öyrənməkdir..."

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see283

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see251

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see209

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see206

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see190

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see164

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see163

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see140

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see140

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see139

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see136

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see135

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see129

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see125

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see121

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri