Icma.az
close
up
RU
Ukrayna müharibədə necə qalib gələ bilər? Əgər ABŞ bu istəyində qərarlıdırsa, o zaman...

Ukrayna müharibədə necə qalib gələ bilər? Əgər ABŞ bu istəyində qərarlıdırsa, o zaman...

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Amerika prezidenti Donald Tramp Ukraynanın münaqişədə qalib gələ biləcəyini bəyan edib.

 Bakıvaxtı.az xəbər verir ki, Tramp Ukraynanın Avropa İttifaqının dəstəyi ilə öz ərazilərini orijinal formada qaytarmaq və hətta daha da irəli getmək iqtidarında olduğunbu bildirib.

Maraqlıdır, bu, nə dərəcədə reallaşa bilər?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, hazırda Ukraynanın əvvəkli sərhədlərinə qayıtması məsələsi kifayət qədər çətin bir prosesdir. Onun sözlərinə görə, Ukrayna xeyli sayda ərazi itirib və bu ərazilər coğrafi baxımdan olduqca çətin relyefə malik bölgələrdir.

Müsahibimiz bildirib ki, ərazilərin geri alınması üçün böyük resurslar, insan və silah təminatı sərf olunmalıdır:

“Təkcə silah təminatı bəs etmir. İnsan resursu lazımdır. Bu bölgələrdə su ehtiyatlarının zənginliyi, çətin relyef və keçid yolları döyüş aparmağı çətinləşdirir. Rusiya bu əraziləri işğal etmək üçün artıq xeyli insan itirib”.

Politoloq hesab edir ki, əgər Amerika Birləşmiş Ştatları və Avropa ölkələri Ukraynaya dəstək verərsə, bu, Ukraynanın irəliləyişinə böyük töhfə verə bilər.

Zeynal Əmrəliyev: Trampın bu açıqlaması həm də Putinə bir mesajdır

Z.Əmrəliyev bildirib ki, Ukraynanın bu məsələ ilə bağlı siyasi iradəsi və döyüş ruhu var. Həmsöhbətimiz nəzərə çatdırıb ki, Ukrayna cəmiyyəti və rəhbərliyi torpaqlarını geri almağa səfərbər olmağa hazırdır:

“Əgər ABŞ bu istəyində sonuna qədər qərarlıdırsa, Ukrayna bu prosesi həyata keçirə bilər”.

Əmrəliyev hesab edir ki, Trampın bu açıqlaması həm də Putinə bir mesajdır ki, əgər Rusiya razılaşmaya yaxın durmasa və Trampın dediyi şərtlərə əməl etməsə, danışıqlar prosesində iştirak etməsə, ABŞ UKraynaya dəstəyi maksimum şəkildə davam etdirəcək:

“Dövlət katibi Marko Rubio da eyni zamanda açıqlama verib ki, Rusiyaya qarşı ağırlaşdırılmış sanksiyalar həyata keçirilə bilər. Gözləniləndir ki, paralel şəkildə ABŞ və Avropa İttifaqına daxil olan ölkələr Rusiyaya qarşı ağır sanksiyalar tətbiq etsinlər və Ukraynaya silah təminatını gücləndirsinlər”.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Sentyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri