Ukrayna Rusiyaya məxsus tankeri və iki körpünü vurdu
Icma.az bildirir, Axar.az portalına istinadən.
Ukraynanın ordusu Rusiyanın Qara dənizdəki “kölgə donanması”nın tankerini, eləcə də iki avtomobil körpüsünü və bir sıra komanda məntəqələrini vurub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Teleqram kanalında məlumat yayıb.
Hərbçilərin məlumatına görə, zərbələr iyunun 16-da və 17-nə keçən gecə endirilib.
Bildirilib ki, Qara dəniz akvatoriyasında Rusiyanın “kölgə donanması”na aid FINA A (IMO 9283306) tankeri vurulub. Həmin gəmi Avropa Birliyi, İsveçrə, Böyük Britaniya, Kanada və Ukraynanın sanksiyalar siyahısına daxildir. Tanker beynəlxalq sanksiyalardan yan keçməklə Rusiyanın maraqları naminə neft və neft məhsullarının daşınmasında istifadə olunur. Gəminin uzunluğu 244,6 metr, ümumi tutumu isə 62 min 2 vahiddir. Dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
Ukrayna hərbçiləri, həmçinin Rusiya qüvvələrinin hərbi logistika və canlı qüvvənin daşınması üçün istifadə etdiyi obyektlərə zərbələr endiriblər. Belə ki, Stavki yaşayış məntəqəsi yaxınlığında Şimali Krım kanalı üzərində yerləşən, həmçinin Xerson vilayətinin Voinka yaşayış məntəqəsi yaxınlığındakı avtomobil körpüləri vurulub. Donetsk vilayətinin Velikaya Novosyolka qəsəbəsi ərazisində isə rusların komanda-müşahidə və idarəetmə məntəqələri məhv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 17 İyun 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















