Icma.az
close
up
RU
Ukrayna savaşının real qalibi artıq məlumdur: ABŞ və Qərblə yanaşı, Çin də Rusiyanın tam çöküşünü gözləyir

Ukrayna savaşının real qalibi artıq məlumdur: ABŞ və Qərblə yanaşı, Çin də Rusiyanın tam çöküşünü gözləyir

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Hazırda paradoksal şəkildə reallıq hissindən uzaqlaşan Kremlin Rusiyanın Ukrayna savaşında qalib olması barədə yanlış qənaətə gəlməsi olduqca təhlükəli məqamdır... Çünki Kreml Ukrayna savaşında əslində, artıq çoxdan məğlub olduğunu anlamaqda çətinlik çəkir, bu isə praqmatizmdən uzaqlaşma əlaməti olduğundan Rusiya üçün əsl fəlakət ssenarisidir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşının yaxın vaxtlarda dayandırılma ehtimalı artıq reallıqdan çox-çox uzaqdır. Ancaq bu istiqamətdə kifayət qədər ciddi cəhdlər də edilməmiş deyil. Xüsusilə də, ABŞ Ukrayna savaşının sülh masası arxasında yekunlaşması üçün aylarla rəsmi Kiyev və Kreml arasında danışıqlar prosesinə orbitirlik etməyə çalışdı. Prezident Donald Tramp seçki qələbəsindən sonra bu məsələni özünün əsas xarici siyasət prioritetləri sırasına daxil etmişdi. Hətta cəmisi bir günə Rusiya və Ukraynaya sülh sazişini imzalada biləcəyini bəyanlamışdı. Və Kreml öz güzəştsiz mövqeyi ilə bu bəyanatı boşa çıxartdı, prezident Donald Trampı isə qlobal məkanda nüfuzunu ciddi şəkildə sarsıtdı.

Onu da qeyd etmək lazımdır ki, “neoimperialist iştahı” reallıqla ziddiyyət təşkil edən Kreml ABŞ-ın vasitəçilik missiyasından geri çəkilməsindən sonra Rusiya üçün böyük təhlükənin o qədər də uzaqda olmadığını hər halda, anlamağa başladı. Ona görə də, prezident Vladimir Putin tez-tələsik Türkiyə liderinə telefonla zəng edərək, rəsmi Ankaranın vasitəçilik missiyasını öz üzərinə götürməsini xahiş etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın pozitiv reaksiyası ilə baş tutan iki ardıcıl İstanbul görüşü də müsbət nəticə vermədi. Və yenə də hər iki İstanbul görüşünün iflasında Rusiyanın reallıqdan uzaq tələb-şərtləri birbaşa pozucu faktora çevrildi.

Kremlin rəsmi Kiyevə təqdim etdiyi tələb-şərtlərin məzmunu açıq-aşkar Rusiyanın həm Ukraynaya, həm də ABŞ və Qərbə kapitulyasiya aktı imzalatmaq niyyətindən xəbər verir. Rusiyaya sülh sazişi hazırda hamıdan daha çox lazımdır. Ancaq Kremldə nədənsə, elə hesab edirlər ki, guya Rusiya Ukrayna savaşının tam qalibidir. Ona görə də, ABŞ və Qərbin yeni ağır sanksiyalara məruz qoyduğu Rusiya savaşı yalnız öz şərtləri çərçivəsində dayandırmaqda israr edir. Və bu baxımdan, Kreml ABŞ və Qərbin Ukraynaya hərbi dəstəyi gücləndirdiyi bir şəraitdə Rusiyanı daha dərin “savaş bataqlığı”na salmaqda olduğu qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Kremldə böyük ehtimalla reallıq hissini artıq tədricən itirməyə başlayıblar. Çünki Rusiyanın Ukrayna savaşında qalib gəldiyini yalnız sadəlövhlər düşünə bilər. Halbuki, Kremldə sadəlövhlərin olmadığı da qətiyyən şübhə doğurmur. Ona görə də, hesab etmək olar ki, Kremldə Rusiyanın hərbi qələbəsi ilə bağlı özünətəlqin prosesi intensiv xarakter daşıyır. Və bu reallıqla kəskin ziddiyyət təşkil edən özünətəlqin prosesi Rusiyanı daha təhlükəli perspektivlərə doğru sürətlə sürükləyir.

Maraqlıdır ki, mövcud situasiya Rusiyanın qalibdən daha çox məğlub statusuna artıq daha çox yaxın olduğunu göstərir. Üstəlik, bu hərbi-siyasi məğlubiyyət Rusiyanı bundan sonra uzun onilliklər boyu müşayiət edəcək. Birincisi, Kreml öz aqressivliyi ilə ABŞ və NATO üzvü olan Avropa Birliyi ölkələrini yenidən Rusiyanın əleyhinə birləşdirdi. İndi Rusiyaya qarşı sanksiyalar gücləndirilir, Ukraynaya hərbi dəstək bərpa olunaraq, artırılır. Və bu, Ukrayna ordusunun Rusiyaya qarşı hərbi zərbələrinin daha da effektiv olmasını təmin edir.

İkincisi, ABŞ və Qərbin Rusiyaya qarşı yeni daha ağır sanksiyalarının nəticələri yaxın vaxtlarda özünü biruzə verməyə başlayacaq. İlkin ehtimallara görə, Rusiyanın iqtisadiyyatı və hərbi sənaye kompleksi uzun müddət belə sərt saksiya pressinqinə tab gətirə bilməz. Yəni tezliklə Rusiya iqtisadiyyatında böhran və hərbi sənaye kompleksində çöküş qaçılmazdır. Və bu proses indi Kremli Rusiyanın gələcək taleyi baxımından, daha çox narahat etməlidir.

Digər tərəfdən, Kreml öz neoimperialist hədəflərinə bağlı bu savaşa başlamaqla, Ukrayna cəmiyyətinin tamamilə Rusiyadan üz çevirməsinə də səbəb oldu. Belə ki, savaşa qədər Ukraynada Rusiya yönümlü siyasi qüvvələr də mövcud idi. Bundan sonra Ukraynanın siyasi məkanında belə siyasi qüvvələrin peyda olma ehtimalı qətiyyən inandırıcı görünmür. Çünki Kreml Ukrayna əhalisi arasında Rusiyaya nisbi rəqbəti də silərək, onu dərin nifrətlə əvəzləyib. Və ən önəmlisi bu savaşa başlamaqla, Rusiya zəif Ukrayna ordusunun Qərb hərbi-siyasi dairələri tərəfindən yenidən qurulmasına, modernləşdirilərək, gücləndirilməsinə də səbəb olub.

Beləliklə, Kreml bundan sonra onilliklər boyu Rusiya ordusu ilə rəqabət apara biləcək güclü Ukrayna silahlı qüvvələri kimi bir reallıqla da üzləşməli olacaq. Əgər, Rusiya ən yaxın vaxtlarda sülh sazişinə razılaşmasa, bu, Ukrayna savaşının qeyri-müəyyən müddətə uzanması ilə nəticələnəcək. Bu haldasa, Rusiyanın yalnız iqtisadi deyil, həm də hərbi-siyasi cəhətdən də ciddi şəkildə zəifləməsi qaçılmaz xarakter daşıyacaq. Və bu, həm orta, həm də uzaq perspektivdə Rusiya üçün əsl fəlakətə çevrilə bilər.

Məsələ ondadır ki, hazırda Ukrayna savaşının davam etməsi və Rusiyanın tamamilə zəifləməsi yalnız ABŞ, Avropa Birliyi və digər Qərb ölkələrinə sərfəli deyil. Bu, həm də Çinin perspektiv prioritetləri baxımından da böyük əhəmiyyət daşıyır. Ona görə də, rəsmi Pekin savaşın dayanmasının tərəfdarı kimi görünməyə çalışsa da, əslində, Kremlin sülh prosesini pozmasından tamamilə məmnundur. Çünki Rusiyanın zəifləməsi ilk növbədə Çinin sərhədlərində qlobal nəhəngin yoxa çıxaraq, real hərbi təhlükəsinin də aradan qalxması anlamı daşıyır. Və bu, hətta rəsmi Pekinə uzaq perspektivdə Çinin ərazilərinin genişləndirilməsi üçün müəyyən imkanlar da aça bilər.

Göründüyü kimi, hazırda paradoksal şəkildə reallıq hissindən uzaqlaşan Kremlin Rusiyanın Ukrayna savaşında qalib olması barədə qənaətə gəlməsi olduqca təhlükəli məqamdır. Çünki Kremldə, hərbi əməliyyatlar davam etsə də, Rusiyanın Ukrayna savaşında əslində, artıq çoxdan məğlub olduğunu anlamaqda çətinlik çəkirlər. Bu isə praqmatizmdən uzaqlaşmaqda olan Rusiya üçün əsl fəlakət ssenarisidir. Və yaxın gələcəkdə Kremldə də etiraf olunmayan hərbi-siyasi məğlubiyyətin real nəticələrinin hələ onilliklər boyu Rusiyanı təhdid edəcəyinin etirafına məcbur qala bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 İyun 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri