Ukraynadakı strateji obyektlər hədəf alındı
Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son sutka ərzində Ukraynadakı bir sıra strateji obyektlərə zərbələr endirilib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Zərbələrin əsas hədəfi pilotsuz uçuş aparatlarının istehsalı, saxlanması və idarə olunması ilə əlaqəli infrastruktur olub. Nazirliyin açıqlamasına görə, PUA-ların istehsal sexləri, onların saxlanıldığı anbarlar, uzaqmənzilli idarəetmə və kəşfiyyat mərkəzləri, sursat anbarları, pilotsuz katerlər və Ukrayna Silahlı Qüvvələrinin, həmçinin xarici muzdluların müvəqqəti yerləşdiyi məntəqələr 147 müxtəlif rayonda hədəfə alınıb.
Bundan əlavə, Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən ABŞ istehsalı olan beş ədəd “JDAM” idarəolunan aviasiya bombası, bir “HIMARS” raketi və 120 ədəd təyyarə tipli pilotsuz uçuş aparatı vurularaq məhv edilib. Rusiya Müdafiə Nazirliyi bu əməliyyatların Ukraynanın hərbi potensialına ciddi zərbə vurduğunu bildirir.
Fidan Hacızadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 11 İyun 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















