Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Ukraynanı qurban verən Qərb, cəbhədə Rusiyaya qalib gəlmədi və sülh masasındakı yerini ABŞ a uduzur

Ukraynanı qurban verən Qərb, cəbhədə Rusiyaya qalib gəlmədi və sülh masasındakı yerini ABŞ a uduzur

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Kiyevdən son illərdə maliyyə dəstəyi üçün 500 milyard dollar ödəməyi tələb edib. Ölkənin borcunu ödəyəcəyi plan artıq ölkənin “iqtisadi müstəmləkəçiliyi” adlandırılıb və Amerika liderinin tələb etdiyi ödənişlərin həcminin Birinci Dünya Müharibəsindən sonra Almaniyadan tələb olunan təzminatlardan çox olduğu vurğulanıb. “Ödənilməsi mümkün olmayan” və “The Telegraph”ın yazdığına görə, artıq Kiyevdə dəhşət və çaxnaşma yaradan borcun təkcə Ukraynanın mineral ehtiyatlarının köməyi ilə deyil, həm də onun infrastrukturu, limanları və gələcək layihələri ilə ödənilməsi nəzərdə tutulur. İlkin müqaviləyə əsasən, ABŞ və Ukrayna “münaqişədə düşmən tərəflərin Ukraynanın yenidən qurulmasından faydalanmamasını” təmin edəcək birgə investisiya fondu yaratmalıdır. ABŞ-ın təklif etdiyi saziş Ukraynanın gələcək bütün gəlirlərinin yarısını nəzərə alır. Sənədin mətnində qeyd olunduğu kimi, saziş “sərvətlərlə, o cümlədən faydalı qazıntılar, neft və qaz, limanlar və digər infrastruktur (razılaşma əsasında) ilə bağlı iqtisadi dəyərə” şamil edilir. Birləşmiş Ştatlar Ukraynanın resurs hasilatından əldə etdiyi gəlirlərin 50 faizini və gələcək resurs satışı üçün “üçüncü tərəflərə verilən bütün yeni lisenziyaların” dəyərinin 50 faizini alacaq.

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Almaniya sovetlərə qarşı müharibəni başlayan Hitlerin bir sözü vardı, deyirdi ki, “Almaniyanın çörəklə təminatı üçün Ukraynanın qara torpaqları önəmlidir”. Ukrayna qara torpağı dünyada dördüncü yer tutur. Rusiya, Çin və Amerikadan sonra Ukrayna torpaqları daha məhsuldardır. Bilirsinizmi, bu nə deməkdir? Ukraynanın qara torpağı çox dadlı, yağlı tikədir. Mən təbii sərvətlərdən deyil, hələ torpağın keyfiyyətindən danışıram. Yəni Ukrayna həmişə cəlbedici olub. Ukrayna torpağı Hitler üçün də, Stalin və Putin üçün də cəlbedici olub. Bunlar böyük resurslardır. Tramp da bunu açıq şəkildə dedi. Bu qədər pulu Ukrayna nə vaxt verəcək? İkinci Dünya müharibəsi zamanı lend-liz olduğu kimi indi də bu Ukraynaya tətbiq edilir. Amerika lend-lizlə bütün Avropanı sıxışdırıb, özəlinin altına sala bildimi? İndi də Ukraynaya qarşı belə davranır. Biz bunu deyirdik. Sonda Ukrayna Qərblə Rusiya arasında bölünəcək deyirdik. Burada söhbət ərazi bölgüsündən getmir. 19-20 ci əsrlərdə ölkələrdə söz var idi; “sfera vliyaniya”, burada da söhbət bundan gedir”.

Əhəd Məmmədli

“Fransa Afrikadan gedəndən sonra belə, dünənə qədər Fransa Seneqala təsir edirdi. Xarici siyasətdə Seneqala icazə vermirdi ki, Fransadan başqa hansısa ölkələrdən əməkdaşlıq etsin. Görün dünyada vəziyyət necə idi... Biz dünyanı “çəhrayı eynək”də görürdük, amma belə deyildi”-deyən Əhəd Məmmədli bildirib ki, Qərbin özünü "demokratik" adlandıran dövlətlər özündən siyasi-iqtisadi kateqoriyada zəif ölkələrə qarşı bu vəhşi, yırtıcı siyasətlə məşğul idi. İndi bu siyasət Ukraynaya qarşı davam edir. Ukrayna tarixində çox çətin bir vəziyyətdədir. Ukrayna bu vəziyyətdən necə çıxacaq? Zelenski hara getdi? Dünənə qədər Ukrayna, liberal demokratlar, Zelenski tərəfdarları Ərdoğana "diktator" deyirdi. Ötən gün Ərdoğanın yanına getdi. Çünki bilir ki, "diktator, avtoritar" dedikləri Ərdoğan bütün o "demokrat" dedikləri Amerika liderlərindən daha ədalətlidir və Ukraynaya həqiqətən də real kömək edə bilər”-deyə Əhəd Məmmədli qeyd edib ki, Rusiya və Amerika Ər-Riyadda Ukrayna olmadan Ukraynanın taleyini həll edir, bununla yanaşı Ukraynanın prezidenti Zelenski gedib Türkiyəyə Ərdoğandan dəstək istəməyə.

“Bəlkə Ukraynanı xilas etsə, Ərdoğan edər, Türkiyə edər. Yoxsa Ukrayna çətin bir duruma düşüb. Bunu da açıq söyləyir.  Kiçik dövlətlər təhlükəsizliyini təmin etmək üçün xərac verirlər. Necə ki, İkinci Dünya müharibəsindən sonra Avropa və Asiya Amerikaya xərac ödəyirdi. Amerika dünyada ən çox hərbi bazası olan ölkədir. Guya Yaponiya, Cənubi Koreya Amerikanın satelitləri deyilmi, Almaniya Amerikanın sateliti deyilmi? Almaniya, Yaponiya, Cənbi Koreya özlərini müstəqil idarə edə bilərlərmi? Biz Almaniya, Yaponiya, Cənubi Koreya deyəndə düşünürük ki, “necə xoşbəxt ölkələrdir, gedək, orada yaşayaq”. Bəs biz bu ölkələrin daxili vəziyyətini bilirikmi? O ölkələr asılıdırlar, müstəqil siyasət yürüdə bilmirlər. Yaponiya, Cənubi Koreya və Almaniya Amerikadan icazəsiz siyasət yürüdə bilməzlər. Bəli, bu ölkələr yaxşı yaşayırlar. Amma "qızıl barmaqlıqlar" arasındadırlar. Biz seçim etməliyik. Müstəqil olmalıyıq, yoxsa "qızıl barmaqlıqlar" arasında qalmalıyıq? Biz tox olmalıyıq, amma suveren şəkildə bizdən olanın yanında olaraq, tox olmalıyıq. Azərbaycan müstəqil, kiçik ölkədir. Kimin yanında olmalıyıq? Güclənən Türkiyənin yanında olmalıyıq. Ukraynanın elə bir Türkiyəsi yoxdur!”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Fevral 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see285

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see205

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see163

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri