Icma.az
close
up
RU
UKRAYNANIN SİLAH EHTİYATI TÜKƏNİR Putin bunu bilir, Avropadan real kömək is gecikir

UKRAYNANIN SİLAH EHTİYATI TÜKƏNİR Putin bunu bilir, Avropadan real kömək is gecikir

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerikanın aparıcı nəşrlərindən biri olan “The Wall Street Journal” (WSJ) yazır ki, yay yaxınlaşdıqca Ukraynanın ABŞ silahlarına ehtiyatı tükənmək üzrədir və bu, Rusiya Prezidenti Vladimir Putinə yeni hücum planlarını reallaşdırmaq üçün fürsət yaradır.

WSJ-nin məlumatına görə, Putin yaxın həftələrdə Ukraynanın silah-sursat ehtiyatının tamamən tükənəcəyini gözləyir və məhz buna görə atəşkəs danışıqlarına maraq göstərmir. Kreml rəhbəri hesab edir ki, Donald Trampın mümkün qayıdışı və onun Ukraynaya qarşı sərt və qeyri-müəyyən mövqeyi Rusiya ordusunun daha geniş əraziləri nəzarətə götürməsi üçün əlverişli şərait yarada bilər.

Bu iddiaları CNN-in məlumatları da təsdiqləyir. Kanalın xəbərinə görə, Rusiya cəbhə xəttinə əlavə qüvvələr cəmləyir və məqsədi Kiyevin ətrafına qədər irəliləməkdir. ABŞ rəsmiləri ehtiyatla bildirirlər ki, bu, təkcə taktiki deyil, həm də psixoloji hücumdur - Ukraynanın həm silah ehtiyatını, həm də müqavimət əzmini sarsıtmaq məqsədi güdür.

Bu qədər kritik şəraitdə Ukraynanın müttəfiqləri isə, görünür, hələ də konkret addımlar atmaq əvəzinə, yeni sanksiyalar haqqında baş sındırırlar. Rusiyaya və ondan enerji və xammal alan ölkələrə qarşı yeni məhdudiyyətlərin tətbiqi gündəmdə olsa da, bu tədbirlərin effektli olub-olmayacağı və hansı müddətdə nəticə verəcəyi böyük sual altındadır. Unutmaq olmaz ki, iqtisadi sanksiyalar nə qədər sərt olsa da, gec təsir göstərən mexanizmdir. Hazırda cəmi bir neçə həftəlik silah ehtiyatı qalan Ukraynanın bu qədər zaman ərzində duruş gətirib-gətirməyəcəyi isə çox şübhəlidir. Görünür, məhz bu səbəbdən Ukrayna rəsmiləri atəşkəsi prioritetə çevirib.

WSJ yazır ki, hazırkı vəziyyətdən çıxış yolu olaraq, Ukraynanın NATO-ya üzvlüyü qarşısındakı məhdudiyyətlərin aradan qaldırılması ciddi şəkildə müzakirə edilməlidir. Əgər bu qadağalar götürülərsə, Rusiya üçün Ukraynaya qarşı növbəti hücum planları daha riskli və baha başa gələ bilər. Çünki NATO üzvlüyü Ukraynanın təhlükəsizliyini kollektiv müdafiə çərçivəsinə salacaq.

Əks halda, növbəti sanksiyalar paketləri Putini durdurmaq üçün kifayət etməyəcək. Rusiya artıq sanksiyalara adaptasiya olunduğunu, iqtisadiyyatını qismən sabitləşdirə bildiyini sübut edib.

Qeyd olunur ki, Donald Trampın Ukrayna siyasəti isə həm Kiyevdə, həm də Avropa paytaxtlarında ciddi narahatlıq doğurur. Trampın Ukraynanı müdafiə etmək əvəzinə onu güzəştlərə məcbur edən açıqlamaları, Prezident Zelenskini açıq şəkildə aşağılamağa yönəlmiş davranışları və Rusiya ilə təmaslara üstünlük verməsi, Putinə açıq siqnal kimi dəyərləndirilə bilər. Ən diqqətçəkən hadisələrdən biri də Trampın Ukrayna Prezidentini Türkiyədə rus nümayəndə heyəti ilə aşağı səviyyəli görüşə getməyə təşviq etməsi olub. Bu addım Kiyev üçün diplomatik təcrid riskini artırmaqla yanaşı, həm də Ukrayna liderliyinin nüfuzuna zərbə vurmaq anlamına gəlir.

Görünən odur ki, Ukrayna önümüzdəki həftələrdə ciddi sınaqlarla üz-üzədir. Silah ehtiyatı tükənməkdə, müttəfiqlər isə hələ də qəti qərarlar verməkdə tərəddüd edir. Bu şəraitdə Putin yeni hücumu reallaşdırmağa qərar verərsə, bu, müharibənin daha geniş miqyas alması ilə nəticələnə bilər. Belə bir vəziyyətdə isə Qərbin yeganə səmərəli cavabı Ukraynanın təhlükəsizlik statusunu artırmaq və real hərbi dəstəyin gecikmədən təmin olunması olmalıdır.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri