Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

“Ülfət” bağlandı, sədr müavini kölgəsindəki oyunlar üzə çıxdı AHİK də nə baş verir? KONKRET

“Ülfət” bağlandı, sədr müavini kölgəsindəki oyunlar üzə çıxdı AHİK də nə baş verir? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındakı (AHİK) sədr dəyişikliyindən sonra ilk bağlanan qurumun 30 illik orqanı “Ülfət” qəzeti oldu. İndi məlum olur ki, qəzeti bağlayan AHİK rəhbərliyi həmkarlarını işsiz qoyub, hüquqlarını ayaqlar altına atıblar.  

KONKRET.az bildirir ki, musavat.com-a müraciət edən Rasim Süleymanov deyir ki, 1993-cü ilin aprelindən 2024-cü ilin oktyabrın 22-dək üst-üstə AHİK orqanı “Ülfət” qəzetində işləyib. Onun sözlərinə görə ötən ilin avqust ayının 26-da qurumun növbədənkənar qurultayından sonra Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib. Bundan sonra İttifaqın Aparatı daxilində şöbələr üzrə yoxlama-baxışlar keçirilməyə başlanıb:

“Ülfət”də də bu proses getdi. Oktyabrın 15-dən sonra biz əməkdaşları çağırıb izahat yazmağımızı xahiş etdilər. İndi nələrin aşkar edildiyini bilsək də, o zaman izahatımızda bildiklərimizi qeyd etdik. Bizi ötən ilin oktyabrın 22-də digər strukturlarda işlə təmin etmək adı altında aldadıb işdən azad etdilər. Düzdür, 5 aydan sonra mənə Mərdəkanda qurumun sanatoriyalarının birində mühafizəçi işinə – 530 manat maaşla iş təklif etdilər və mən bunu qəbul etmədim. Uzun müddət qəzetdə işləməyimi nəzərə almadan bu hörmətsizliyi göstərdilər”.

Rasim Süleymanov deyib ki, qəzet bağlanıb, əməkdaşların hamısı işdən çıxarılıb və beləcə, işsizlər ordusunda say artırılıb: “Sözüm Sahib Məmmədovadır: niyə bizi bir dəfə qəbul etmədiniz ki, bəlkə sözümüz olacaq? Niyə əvvəlki iş yerində olan iş yoldaşlarınızı, dost-tanışlarınızı yığıb gətirib AHİK-də işlə təmin etdiniz, amma uzun illər həmkarlarda çalışmış, bu qurumun fəaliyyətində canını qoymuş əməkdaşları düşünmədən işdən kənarlaşdırmaqla məşğul olursunuz. Bu proses davam edir. Hər tərəfdən bu quruma qarşı narazılıqlar artmaqdadır! Deməli, bizi bütün sosial hüquqlardan məhrum edən bu təşkilat, qanunvericiliyin müddəalarını pozaraq acınacaqlı vəziyyət yaradıb. Bu ittifaqın əsas qayəsi işçilərin hüquqlarının keşiyində durmaqdır. Təəssüf ki, bizlərə münasibətdə absurd bir vəziyyətə imza atıb. Mən üzümü hüquq-mühafizə orqanlarına tuturam: bu qurumun və onun orqanı olmuş “Ülfət” qəzetinin fəaliyyətinin yenidən təftiş edilməsini təmin etsinlər. Onda hər şeyin indi olduğu kimi deyil, daha bərbad olduğu üzə çıxacaq. Deməyim odur ki, daxildə baş vermiş, özlərinin aşkar etdikləri nöqsanları ört- basdır etməklə, hüquq- mühafizə orqanlarını bu vəziyyətdən agah etməyiblər. Sual yaranır: niyə və nəyin müqabilində!? Danışılası söz çoxdur. Amma vaxtı çatanda hər şey aşkara çıxacaq. Hələlik isə qurumun yeni tərkibi yeni-yeni yeniliklərə imza atmaqla məşğuldur. Bu da köhnə işçilərin hamısının yavaş-yavaş bu təşkilatdan uzaqlaşdırılması ilə nəticələnir”.

Rasim Süleymanov qeyd edib ki, “Ülfət” qəzetinin baş redaktoru Aqil Dadaşov eyni zamanda da AHİK- sədrinin müavini vəzifəsini tutub: “Bütün baş verənlərin başında o və qəzetin baş redaktorunun müavini olmuş Bəyalı Rzayev dayanıbmış. Bunu yoxlamadan sonra bildik… utancverici bir vəziyyət. Bu işi necə ört-basdır edilərsə, cavabını ancaq Sahib Məmmədov verə bilər!”

Rasim Süleymanovun fikirlərinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun münasibətini öyrənmək üçün qurumla əlaqə saxladıq. Sorğumuzu elektron qaydada ünvanladıq.

Sorğunun mətnini də təqdim edirik:

Hörmətli Sahib müəllim,

Musavat.com-a daxil olmuş müraciət əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş işçisi Rasim Süleymanovun “Ülfət” qəzetində baş verənlər və AHİK rəhbərliyi tərəfindən atılan addımlar barədə açıqlamalarına dair sizə bir neçə sualla müraciət edirik. Bu suallara cavabınızı media resursumuz vasitəsilə ictimaiyyətə çatdıracağımızı bildiririk:

AHİK-in orqanı olan və 30 ilə yaxın fəaliyyət göstərmiş “Ülfət” qəzetinin bağlanmasının əsas səbəbi nə ilə bağlı idi? Bu qərar hansı rəsmi sənədə əsasən qəbul olunub?

Qəzetin bağlanmasından sonra əməkdaşlara yeni iş yerləri ilə bağlı hansısa rəsmi prosedurlar təqdim olunubmu? Əgər təqdim olunubsa, həmin işlərin şərtləri və maaş dərəcələri barədə ictimaiyyətə məlumat verə bilərsinizmi?

Rasim Süleymanov bildirir ki, 30 illik jurnalist fəaliyyətindən sonra ona sanatoriyada mühafizəçi vəzifəsi təklif olunub. Bu vəzifənin təklif olunması hansı meyarlarla müəyyən edilib?

“Ülfət” qəzetinin baş redaktoru Aqil Dadaşovun eyni zamanda AHİK sədrinin müavini kimi fəaliyyət göstərməsi kontekstində, baş redaktor və onun müavini Bəyalı Rzayevin qəzetin bağlanması və işçilərin işdən çıxarılması ilə bağlı hansı məsuliyyətləri müəyyən edilib?

AHİK daxilində yoxlamalar zamanı aşkar olunan nöqsanlarla bağlı hüquq-mühafizə orqanlarına hər hansı rəsmi məlumat verilmişdirmi? Verilməyibsə, səbəbi nədir?

Müraciətdə qeyd olunur ki, AHİK-də yeni vəzifələrə daha çox sizin əvvəlki iş yerinizdəki şəxslər, dost-tanışlar yerləşdirilib. Bu iddialara cavabınız nədir?

AHİK-in əsas funksiyası olan işçilərin hüquqlarının müdafiəsi prinsipi fonunda, uzunillik əməkdaşların işdən çıxarılması və sosial təminat məsələlərinin diqqətdən kənarda qalması sizin rəhbərlik strategiyanızla nə dərəcədə uyğun gəlir?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 May 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see220

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see217

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see178

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see171

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see157

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see156

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see147

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see145

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see143

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see141

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see141

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see135

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see134

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri