Icma.az
close
up
RU
Ulucay Akif Səməd Vurğundan daha yaxşı şairdi Tviks in sağ və sol çubuqları

Ulucay Akif Səməd Vurğundan daha yaxşı şairdi Tviks in sağ və sol çubuqları

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bir gün Əlisa Nicat Ulucay Akifə deyir ki, ay Ulucay, Səməd Vurğun yaltaqdır. Ulucay Akif deyir ki, mənə nə?! Əlisa deyir ki, ay Ulucay, Səməd Vurğun Qazaxdandır. Ulucay deyir ki, onda sənə nə?!

Əlisa Nicatın Səməd Vurğunu yaltaq adlandırması şair Ulucay Akifin xətrinə dəyib və "şairəm, ədəbiyyat saytının baş redaktoruyam, qazaxlıyam" başlığı ilə Səməd Vurğuna "bəy tərifi" yazıb.

Mən də "Ulucay Akif Səməd Vurğundan daha yaxşı şairdi, Ulucay Akif Səməd Vurğundan daha yaxşı baş redaktordu, Ulucay Akif Səməd Vurğundan daha yaxşı qazaxlıdı" başlığı ilə Ulucaya "bəy tərifi" yazmaq qərarına gəldim.

Əvvəlcə onu deyim ki, yazının müəllifi olaraq hər iki şairin xətrini çox istəyirəm.

Ulucay Akif Səməd Vurğundan daha yaxşı şairdir.

Mən Səməd Vurğunu oxumuşam. Səməd Vurğunun yaxşı şeirləri var və Şəhriyarın "Şair ola bilməzsən, anan doğmasa şair" misrasına istinad edərək qeyd edə bilərəm ki, Səməd Vurğun şair kimi doğulub. 

Amma Ulucay Akif şair kimi doğulmayıb.

Ümumiyyətlə, bu mənim şəxsi qənaətimdir ki, atası şair kimi doğulan bir adamın övladı şair kimi doğula bilməz. Rəhmətlik Akif Səmədin şair kimi doğulduğuna əmin olduğum üçün bunu rahatlıqla deyə bilərəm ki, Ulucay şair kimi doğulmayıb.

Əlimi postmodern ədəbiyyatın şeir məcrasında texnikanın təbə üstün gəldiyi faktı kitabının üstünə basıb rahatlıqla and içə bilərəm ki, Ulucay Akif Səməd Vurğundan daha yaxşı şairdir.

Lap sən deyə bilərsən ki, ikisi də şair deyil, fikrinə hörmətlə yanaşaram.

Cəhənnəm, de ki, ikisi də yaxşı şairdi, yenə fikrinə hörmətlə yanaşaram.

Amma demə ki, Səməd Ulucaydan daha yaxşı şairdi.

Əsaslı sübutunuz nədi Səmədin Ulucaydan daha yaxşı olmasına?

Onun şeirlərinin dillər əzbəri olması?

Bunun səbəbkarı Səməd Vurğun deyil. Səbəbkarı özümüzük.

Bu gün Ulucay Akifin şeirləri dillər əzbəri deyilsə, bunun səbəbkarı valideynlərdir. Mən Səməd Vurğunun şeirlərini ilk dəfə anamın, atamın dilindən eşitmişəm.

Bu gün Ulucay Akifin şeirləri oxunmursa, bunun səbəbkarı müəllimlərdir. Mənə Səməd Vurğunun şeirlərini müəllimlərim əzbərlətdirib.

Bu gün Ulucay Akifin şeirləri oxunmursa, bunun səbəbkarı Ulucay Akifdi. Özündən zəif şairi Azərbaycanın ən böyük şairi kimi təqdim edib tərəfini saxlayanda axırı belə olmalıdı, hələ sənə bu da azdı, Ulucay!

Səməd Vurğun bircə şeirində "Azərbaycan"a səsini çatdırır, sən kitab yazırsan, adını qoyursan "Bayılda axşamçağı" və buna görə də bütün külliyatını toplasan, Bayıldan o tərəfə çıxa bilməzsən. Özü də təkcə axşamçağı, gündüz heç Bayılda da səni tanıyan yoxdu.

Ulucay Akif Səməd Vurğundan daha yaxşı baş redaktordu.

Bu mövzu müzakirəyə belə qapalıdı. Kim çıxıb desə ki, Səməd Ulucaydan daha yaxşı baş redaktordu, deməli, o, ən yaxşı halda "Tiktok" çəkir.

Ulucay Akif Kulis.az saytının baş redaktorudu və illər ərzində saytın idarə heyəti tez-tez dəyişib, türklərin dili ilə desək, heç cürə o "kemik kadro" yarana bilməyib.

Səbəb odur ki, Ulucay Akif işində tələbkardır, nöqsan qəbul etmir, özünün haqlı iş prinsipləri var, zəif və məsuliyyətsiz işçilərlə bacarmır, onlara səbri çatmır və onlarla yollarını ayırır.

Səməd Vurğunun isə qəti iş prinsipi yoxdu, onun sadəcə, faydalı iş əmsalı var və ömrünün (mən onun ömrünü natamam hesab edirəm) yarısından çoxunda bunun çörəyini yeyib.

Ulucay buna deyər ki, əsas odu ki, onun-bunun çörəyini yeməyib.

Bir də ki, bir məqamı qeyd edim. Ulucayın sevgi və nifrət hissləri çox incə bir xəttin üstündədi.

Məsələn, o bilsəydi ki, Səməd Vurğun "Qalatasaray" azarkeşi olub, ondan zəhləsi gedərdi.

Hətta deyərdi ki, Aleks Səməd Vurğundan daha yaxşı şairdi.

Ulucay Akif Səməd Vurğundan daha yaxşı qazaxlıdı.

Şablon olar bəlkə, amma məsələyə aidiyyatı var deyə qeyd edim ki, qazaxlılar kimi içən görməmişəm.

Ulucayla bir neçə dəfə eyni içki süfrəsində əyləşən biri olaraq deyə bilərəm ki, Ulucay Akif Səməd Vurğunun başını stola qoyardı.

Həm də Səmədin əlindən badəni alsan, bəlkə heç yaza bilməzdi. Amma Ulucay namaz qıldığı dövrdə belə möhtəşəm şeirlər yazıb.

Həm də ki, Ulucay qazaxlı olduğu üçün qürur duyur və bu daha səmimidi, amma Səməd qazaxlıdı deyə onunla o qədər qürur duyurlar ki, heç Səmədin özünə növbə çatmır.

Ulucay Akif və Səməd Vurğun.

Biri "Tviks"in sağ, biri də sol çubuğudu.

İkisi də şairdi, amma heç biri "şair" sözünün sinonimi deyil. "Şokolad" sözünün, bəlkə.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Fevral 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri