Icma.az
close
up
RU
Ümid yerimiz, şəfa diləyimiz...

Ümid yerimiz, şəfa diləyimiz...

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev: “Yorulmadan, fədakarlıqla insanların sağlamlığı üçün mübarizə aparan tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər. Azərbaycan həkimlərinə eşq olsun”.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu günün mənbəyi Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. Səhəri gün hökumətin kabinəsində ilk Səhiyyə və Sosial Təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırıldı.

Ağxalatlılardan danışmaq istəyirəm...

Ağ xalat geyinənlərdən, insanların sağlamlığının keşiyində dayananlardan danışmaq istəyirəm. Ən çətin, məsuliyyətli, gecəsi-gündüzü olmayan peşə sahiblərindən-həkimlərdən, tibb işçilərindən danışmaq istəyirəm. Sağlamlığımızı, bütövlükdə taleyimizi etibar etdiyimiz ağ xalat geyinənlərdən danışmaq istəyirəm.

Onlar həqiqətən çətin bir peşənin sahibləridirlər. Çünki insanların sağlamlığıdır onların işinin mahiyyəti. Canlı varlıqlarla təmasdadır onlar. Bir kiçik səhv ilə həyatı tamamlanan, bir məsuliyyətli yanaşma ilə ölümdən xilas edilənlərlədir onların işi.

İnsan amili... İnsan sağlamlığı bütün ağ xalat geyinənlərin fəaliyyətinin prioritetidir. Tək fəaliyyətininmi? Xeyr, insan amili həm də onların hər birinin insanlığa dəyəri, qiymətidir. Çünki bu dəyər olmasa, məsuliyyət olmaz, məsuliyyət olmasa, insanlar sağlamlığını-həyatlarını itirərlər.

Müstəqilliyimizin səhiyyəyə töhfəsi

Müstəqillik illərində ölkəmizdə tibb işçiləri üçün hərtərəfli şərait yaradılmışdır. Müstəqilliyimizin bərpası illərindən bu günədək yüzlərlə hospital, xəstəxana, klinika, həkim ambulatoriyası və tibb məntəqəsi tikilib istifadəyə verilmişdir. Əgər sovet imperiyasının əsarətində olduğumuz illərdə ölkəmizdə baxımsız, bu səbəbdən də geridə qalmış sahələrdən biri səhiyyə sistemi idisə, bütün tibb ocaqları köhnəlikdən miskin vəziyyətə düşmüşdüsə, müasir avadanlıqlar səhiyyəmizdən çox uzaqlarda qalmışdırsa, müstəqilliyimizin bərpasından sonra bütün bunların da bərpasını gördük. Ən ucqar kəndlərimizdən tutmuş şəhərlərimizədək səhiyyənin inkişafı diqqətdə saxlanıldı. İnsanların sağlamlığı ön plana çıxarıldı. Müstəqil dövlətimiz öz vətəndaşlarının sağlamlığını bütün digər məsələlərdən üstün tutdu. Çünki onlar sağlam olardılarsa, cəmiyyətimiz inkişaf edə, müstəqil dövlət quruculuğumuz irəliləyə bilərdi. Buna görə də insan sağlamlığı dövlətimizin siyasi xəttinin əsasını təşkil etdi.

Bu gün ölkəmizdə səhiyyənin inkişafı hər bir tibb ocağında açıqca görünür. Əvvəlki illərdə hansısa bir xəstəlik üçün xarici ölkələrə üz tutan vətəndaşlarımızın bu gün tibb ocaqlarında yüksəkixtisaslı həkimlər tərəfindən müayinə-müalicəsi aparılır və uğurlu nəticələr əldə olunur. İndi ölkəmizin səhiyyə ocaqlarında dünyanın ən müasir tibbi aparat və avadanlıqları var ki, onların əksəriyyəti keçmiş SSRİ ölkələrində hələ də yoxdur. Yaradılan şərait həkim və tibb işçiləri qarşısında böyük məsuluyyət qoyur. Onlar dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğıya öz əməli işləri ilə cavab verməyə çalışırlar.

Tibb işçilərimiz pandemiya dövründə

Biz onların vəzifələrini böyük məsuliyyətlə həyata keçirdiklərinin, gecəli-gündüzlü böyük məsuliyyətlə çalışdıqlarının pandemiya dövründə şahidi olduq. Həkim və tibb işçilərimiz, sözün həqiqi mənsında, həmin dövrdə əllərinə “silah” alıb bu gözəgörünməz müharibə ilə mübarizə apardılar. Şahidi olduq ki, onlar günlərlə evlərinə gedə bilmədilər, günün bütün saatlarını çalışdıqları xəstəxanalarda insanların həyatda qalmasına həsr etdilər. Şahidi olduq ki, onları evlərində azyaşlı övladları gözləyir, lakin onlar evə getməyə vaxt tapmırdılar. Çünki xəstəxanalardakı nəfəs darlığı yaşayan insanların hər birinin son ümid yeri həkimlər idi. Onların gözləri həkimlərin gözlərində idi, bu gözlər ümid diləyirdi, şəfa istəyirdi...

Günlərlə, aylarla tibbi maskanı çıxara bilməyən həkim və tibb işçilərimizin üzündə onun iz saldığının şahidi olduq. İzlər sonralar da onların üzlərində qalmışdı. Həmin görüntülərin özü bu peşə sahiblərinin öhdələrinə düşən işi böyük məhəbbətlə yerinə yetirdiklərinə, insanlara olan sevgisinə, onların yaşaması üçün mücadilə aparmalarına bariz nümunə idi.

Biz onlarla həkim və tibb işçilərimizi itirdik pandemiya dövründə. Onlar “Covid-19”dan əziyyət çəkən xəstələri bu bəladan xilas edərkən özləri bu bəlaya düçar oldular. Onları xilas etmək mümkün olmadı. Günlərlə bu xəstəliyi daşıyan insanların arasında olmaları həyatlarını sona yaxınlaşdırdı. İnsanlara şəfa verənlər iş başındaca həyatlarını itirdilər.

Həkim və tibb işçilərimizin pandemiya dövründə fəaliyyətləri təqdirəlayiqdir. Onların hər biri həmin ağır dövrlərdə əllərindən gələni əsirgəmədi. Bu əsnada peyvəndləmə işlərini uğurla, sistemli şəkilədə həyata keçirən həkim və tibb işçilərinin də fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Onlar arasında bu iş üçün ayrılmış xüsusi tibb ocaqlarında dayanmadan çalışanlar da var idi, səyyar şəkildə şəhərbəşəhər, kəndbəkənd gəzib vəzifəsini yerinə yetirənlər də.

Tibb işçilərimiz İkinci Vətən Müharibəsi dövründə

Bu gözəgörünməz müharibə bitməmiş ölkəmizdə İkinci Vətən Müharibəsi başladı. 2020-ci ilin 27 sentyabrında Qarabağa yollandı igid oğullarımız. Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə yanaşı, yüzlərlə könüllülər də vardı onların arasında. Həmin könüllülər içərisində isə həkimlərimiz vardı. Onlar gülləbaran yağışı altında yaralılarımızın köməyinə çatır, onların yaralarına şəfa bəxş edirdilər. Öz vəzifə borcunu yerinə yetirərkən yaralanan və həyatını itirən neçə-neçə həkim və tibb işçilərimiz də oldu.

Müharibə dövründə çalışdıqları səhiyyə ocaqlarında da gecəli-gündüzlü vəzifələrini layiqincə yerinə yetirən həkimlərimiz var idi. Hər gün cəbhədən gətirilən ağır yaralılarımızı gecənin yarısında da, sübh çağında-günün bütün saatlarında dərhal əməliyyatlara alıb onları həyata qaytardılar, təcili müdaxilələri ilə onların orqanlarının itirilməsinin qarşısını aldılar. Həkimlərimizin bu əməkləri unudulmazdır.

Əgər əsgər əlində silah cəbhədə döyüşürdüsə, həkimlərimiz də əllərindəki tibbi alətlərlə həm ön, həm də arxa cəbhədə döyüşürdülər. Hər bir Azərbaycan vətəndaşı kimi, onların da tarixi Zəfərimizdə böyük payları var.

Həkim və tibb işçlərimiz arasında Qarabağdan olanlar da var. Onlar da digər həmyerliləri kimi illərlə köçkün, qaçqın, didərgin statusu ilə yaşayıblar. Onlar da Qarabağın ayrı-ayrı rayonlarında, kəndlərində qurulu evlərini, həyət-bacalarını qoyub zorla dədə-baba ocaqlarından çıxarılanlardandır. Onlar arasında da doğma torpaqlarına bir daha qayıtmadan gözlərini bu dünyaya yumanlar oldu.

Qarabağdan olan tibb işçilərindən artıq o torpaqlara qayıdanlar var. Dövlətimizin azad edilmiş torpaqlarda apardığı quruculuq işləri ilə yaxın gələcəkdə onların hamısı doğma yurduna qayıdacaq, üzləri güləcək. Necə ki, Qarabağ Zəfəri ilə qürur duydular, yaxında evlərinə dönmələri ilə ikinci Zəfəri yaşayacaqlar.

Bir həkim yüzlərlə sağlam insandır

Bu gün həkimlərimizdən söhbət açdıq. 17 iyunda bayramlarını qeyd edən tibb işçilərindən. Bu gün onlarındır, böyük bir ordu olan tibb işçilərimizin. Hər birimizin ümid yeri, şəfa diləyimiz olan tibb işçilərinin. Gecə-gündüz müraciət etdikdə hətta evlərinin qapılarını belə üzümüzə açan, nazımızı çəkən, bizə min bir nəvazişlə yanaşan, yeri gələndə əlləri qanımıza bulaşan, yaralarımıza toxunan, lakin bundan heç də narahat olmayan tibb işçilərimizin. Həqiqətən də onlar arasında öz peşəsinin əsl sahibi olanlar saysızdır. Belələrinin haqqı hər birimizin üstündə çoxdur.

Onların fədakar əməyi dövlətimiz tərəfindən daim qiymətləndirilir. Həkim və tibb işçiləri yüksək adlara, mükafatlara layiq görülür. Tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir, səhiyyə ocaqlarına yeni tibbi texnologiyalar tətbiq olunur. Kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.

Vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub.

Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur. Bütün bunlar isə səhiyyənin nüfuzunu artırıb, həkimlərə qarşı böyük inam hissini formalaşdırıb.

Həkimlərin fəaliyyətinin daha da səmərəliliyi üçün onlar xarici ölkələrdə təcrübə, peşə kurslarına göndərilirlər. Müsqəqilliyimizin bərpasından sonra tibb işilərinin əmək haqları dəfələrlə artırılıb. Elə iki il öncə həkimlərin əmək haqlarına xüsusi artımların əlavə edilməsini müharibədən yeni çıxmış bir ölkənin bu sahəyə göstərdiyi böyük dəyər kimi qiymətləndirildi.

Bir həkim yüzlərlə sağlam insandır. Nə qədər yerində söylənmiş bir fikirdir. Bəzən yüz nəfər bir yerə yığışıb bir işin öhdəsindən gələ bilmədiyi təqdirdə, bir həkim yüzlərlə insana öz qəlbindən, əllərindən şəfa bəxş edir. Belə isə onları qorumaq da, onlara böyük dəyər vermək, hörmətlə yanaşmaq da hər birimizin borcudur.

Bayramınız mübarək, əziz tibb işçiləri. Sizə çətin və məsuliyyətli işinizdə uğurlar arzulayır, həmişə sizə ümid edən, şəfa diləyən insanlara sağlamlıq bəxş etməyinizi, bununla qürur duymağınızı arzulayırıq.

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see249

Bakı Tbilisi sərnişin qatarı işə düşəcək Tarix AÇIQLANDI

18 May 2026 17:47see222

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

19 May 2026 06:01see208

Bakı Tbilisi qatarı qayıdır 6 il sonra

18 May 2026 17:30see206

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

19 May 2026 00:03see198

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see198

“Atletiko” təklifləri rədd edir

19 May 2026 00:16see191

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

19 May 2026 05:06see188

ADY Bakı Tbilisi qatarına olacaq biletin qiyməti barədə məlumat yaydı

19 May 2026 13:22see179

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

19 May 2026 01:30see175

“Vardanyana insan haqları mükafatı vermək ədalətə zərbədir” Azərbaycan hüquq müdafiəçilərindən sərt bəyanat KONKRET

18 May 2026 21:31see171

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

19 May 2026 05:06see170

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

18 May 2026 23:45see169

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

18 May 2026 23:53see168

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

18 May 2026 23:30see167

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

19 May 2026 14:04see167

Belarusla əlaqələrimiz genişləndirəcəyik

19 May 2026 14:06see166

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

19 May 2026 14:05see164

Julio Romao yenidən “Qarabağ”a qayıda bilər

18 May 2026 20:23see161

Yerə mavi balina ölçüsündə asteroid yaxınlaşıb

19 May 2026 02:27see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri