Icma.az
close
up
RU
Uşağın əlindən telefonu almaq asandır, amma... Deputat

Uşağın əlindən telefonu almaq asandır, amma... Deputat

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Son dövrlər rəqəmsal mühit həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr artıq sadəcə ünsiyyət vasitəsi deyil – burada düşüncələr formalaşır, təsirlər yaranır, dəyərlər dəyişir. Xüsusilə uşaqların və yeniyetmələrin bu mühitə çox erkən yaşda daxil olması məsələyə daha ciddi yanaşma tələb edir".

"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, uşaqların rəqəmsal təhlükəsizliyi artıq seçim deyil, zərurətdir:

"Çünki internet mühiti həm imkanlar yaradır, həm də risklər daşıyır. Bir tərəfdən uşaqlar informasiya əldə edir, öz bacarıqlarını inkişaf etdirir, digər tərəfdən isə zərərli məzmun, psixoloji təzyiq və müxtəlif manipulyativ təsirlərlə qarşılaşa bilirlər. Bu reallığı görməzdən gəlmək olmaz. Dünyada bir çox ölkə artıq bu istiqamətdə konkret addımlar atır. Yaş məhdudiyyətləri, məlumatların qorunması, valideyn nəzarət alətləri və platformaların məsuliyyətinin artırılması məsələləri geniş müzakirə və tətbiq olunur. Azərbaycanın bu prosesə qoşulması və sistemli yanaşma sərgiləməsi təqdirəlayiqdir. Burada əsas məsələ yalnız məhdudiyyət qoymaq deyil. Əsas məqsəd uşaqları rəqəmsal mühitdən uzaqlaşdırmaq yox, onları bu mühitdə təhlükəsiz və məsuliyyətli şəkildə davranmağa hazırlamaqdır. Ona görə də təhsil proqramlarında rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının yer alması çox vacibdir. Uşaq bilməlidir ki, hansı məlumatı paylaşmaq olar, hansı yox, hansı xəbərə inanmaq lazımdır, hansına yox".

Deputat bildirib ki, məktəblərdə mobil telefon istifadəsi ilə bağlı qaydaların müəyyənləşdirilməsi balans tələb edən məsələdir. Onun sözlərinə görə, texnologiya düzgün istifadə olunanda faydalıdır, amma nəzarətsiz qalanda diqqət yayındırır və asılılıq yarada bilir:

"Ona görə də həm nizam-intizam, həm də təhlükəsizlik qorunmalıdır. Valideynlərin rolu burada xüsusi əhəmiyyət daşıyır. Uşağın əlindən telefonu almaq asandır, amma onunla danışmaq, izah etmək və doğru istiqamət göstərmək daha vacibdir. Rəqəmsal mühitdə sağlam davranış ailədən başlayır. "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Prezident  İlham Əliyevin imzaladığı Sərəncam bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Sənəd özündə bir çox olduqca mühüm məsələləri ehtiva edir. Heç şübhəsiz ki, bu sahədə atılan addımlar gələcək nəsillərin daha sağlam, daha düşüncəli və daha məsuliyyətli formalaşmasına xidmət edəcək. Uşaqlarımızın təhlükəsizliyi və rifahı hər birimizin ortaq məsuliyyətidir və bu istiqamətdə ardıcıl siyasət aparılması cəmiyyətimizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Mart 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri