Icma.az
close
up
RU
Uşaqlar və yuxu: yaxşı nədir, pis nədir? HƏKİM YAZIR

Uşaqlar və yuxu: yaxşı nədir, pis nədir? HƏKİM YAZIR

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Yaxşı yuxu uşaqların elmi uğurları üçün çox vacibdir. Yaxşı yuxu uşaqların əhval-ruhiyyəsini və konsentrasiya qabiliyyətini yaxşılaşdırır.

Yuxu məlumatların formalaşmasına və yadda saxlanılması üçün də çox vacibdir - öyrənməninn vacib hissəsidir.

Uşaqların yay tətilindən sonra məktəbə qayıtması zamanı valideynə necə kömək etmək olar? Bunun sirri il boyu sağlam yuxu vərdişlərini saxlamaqdır. Müntəzəm yuxu rejiminə, keyfiyyətli yuxu mühitinə və yaxşı yuxu gigiyenasına riayət etmək uşaqların performansına və ümumi rifahına kömək edir.

Yuxu cədvəlini təyin etmək nə dərəcədə vacibdir?

Daimi yuxu cədvəli həm böyüklərdə, həm də uşaqlarda nə zaman yatmaq, nə zaman oyanmaq bəradə bədəni rejimə salır. Yuxu ritmi yorğunluq və gündüz yuxululuğunun qarşısını almağa kömək edir. Hansı uşaqların və yeniyetmələrin ki valideynləri yuxu rejimi cədvəli təyin edirsə, onlar daha adekvat yuxu alırlar, gün ərzində daha az yorulur və gümrah olurlar.

Uşaqların yuxuya ehtiyacı nə qədərdir?

Uşağın yuxuya ehtiyacı onun yaşından, fəaliyyət səviyyəsindən və fərdi ehtiyyaclarından asılıdır. Mütəxəssislərin tövsiyyələrinə əsasən aşağıdakı qaydalar tədbiq olunur:

- Məktəbəqədər uşaqlar (3-5 yaş) 10-13 saat yuxuya ehtiyac duyurlar.

- Məktəb yaşlı uşaqların (6-13 yaş) 9-11 saat yuxuya ehtiyacı var.

- Yeniyetmələr (14-17) 8-10 saat yuxuya ehtiyac duyurlar.

Araşdırmalar göstərir ki, əksər uşaqlar və gənclər kifayət qədər yuxulamırlar. Təxminən şagirdlərin üçdə ikisi gecə səkkiz saatdan az yatır.

Yay tətilindən sonra yeni dərs ili üçün yuxu ritminə necə qayıtmaq olar?

Tətil zamanı uşaqların yuxu rejiminin dəyişməsi başa düşüləndir. Uşaqlar tətildən dincəlmək və enerjilərini bərpa etmək üçün istifadə edirlər. Bununla belə qısa tətil fasilələrində uşaqlar normal yuxu rejiminə eməl etməyə çalışmalıdırlar. Belə olduqda tətildən sonra yuxu rejiminə yenidən alışmaq məcburiyyətində olmazlar.

Mümkün olduqca uşaqların hər gün eyni vaxtda yatmasına və oyanmasına kömək edilməlidir. Bu yolla uzun fasilədən sonra yenidən dərs başlayanda belə, artıq nizamlı yuxuya öyrəşmiş olurlar.

Ümumiyyətlə valideyn məktəbə yenidən qayıtdıqda uşaqların məktəb yuxu rejiminə dönməsinə necə köməklik edə bilər? Əlbəttə ki addım-addım!

Yuxu rejiminin tənzimlənməsi prosesi tədricən olmalıdır. Dərs ilinə bir neçə həftə qalmış alışdığı vaxtda 15 dəqiqə tez oyanmalı və 15 dəqiqə daha tez yatmalıdır. Yuxu və oyanma vaxtları məktəb rejiminə uyğun olana qədər bir neçə gündən bir 15 deqiqəlik artımlarla tənzimlənməlidir. Məktəbin ilk günündə uşaq artıq yeni yuxu rejiminə alışmalı və dərsə tam konsantrə olunmaga hazır olmalıdır.

Bəzi insanlar yeni yuxu rejiminə uyğunlaşmaqda çətinlik çıkirlər.  Əgər uşaq 20 dəqiqə ərzində yuxuya getmirsə, o, otağından çıxıb mavi işıqdan uzaq olmaqla sakit, yuxu gətirməyə kömək ede biləcək fəaliyyətlə məşğul olmalıdır. Əgər yorularsa yenidən yuxu üçün yatağa qayıtmalıdır.

Bunun üşün valideynlər səbrli olmalı və vaxtlarını ayırmalıdırlar. Yeniyetmələrlə isə yuxunun əhəmiyyəti və yuxu rejimi barədə söhbətlərdən faydalana bilərlər.

Yaxşı yuxu rejimi nədir?

Uşaqlar günün sonunda daha dərin yuxu yata və səhəri gün dərsə daha energili başlaya bilərlər. Yaxşı yuxu rejiminə müəyyən rahatlaşdırıcı fəaliyyətlər də daxildir, məs:

- İsti vanna və ya duş qəbulu

- Meditasiya etmək

- Valideynlərlə bir şeyləri paylaşmaq

- Günlük emosiyalarını gündəlik formasinda yazmaq

- Fiziki məşqlər, lakin unutmaq olmaz ki, yuxu öncəsu məşqlər yuxunun keyfiyyətini pisləşdirə bilər

- Gündüz mürgüləmələri: Əgər uşaq dərsdən çox yorgun qayıtmışsa və dincəlməyə ehtiyacə varsa, mürgüləmə 30 dəqiqəni keçməməlidir. Belə ki uzunmüddətli mürgüləmə gecə yuxusunun keyfiyyətini aşağı salır.

- Kafeindən uzaq durmaq: Kafe, tünd çay və başqa stimullaşdırıcı içkilərdən günün ikinci yarısı uzaq durmaq məsləhət görülür.

Uşaq otağında keyfiyyətli bir yuxu üçün nələrə diqqət yetirmək lazımdır?

- Uşaq otağı qaranlıq olmalıdır. Bunun üçün qalın, işıqkeçirməz pərdələrdən istifadə oluna bilər.

- Uşaq otağı sərin olmalıdır. Çox isti mühit uşağın yuxuya getməsinə mane ola bilər.

- Səs-küydən uzaq olmalıdir.

- Yataq yalnız yatmaq üçün istifadə edilməlidir. Yataq ev tapşırığı yerinə yetirmək, oxu və digər fəaliyyətlər üçün istifadə edilməməlidir.

Mavi işıq, texnilogiya və yuxu

Bir sıra tədqiqatlar göstərir ki, yatmazdan əvvəl mavi işığa məruz qalan insanların yuxu keyfiyyəti pis olur. Mavi işığın bizə yatmaq vaxtının gəldiyini bildirən hormon-elotonini basqıladığı düşünülür.

Mümkün yuxu pozulmalarının qarşısını almaq üçün uşaqlar yatmazda bir saat əvvəl aşağıdakı şeylərdən uzaq durmalıdırlar:

- Televizor

- Kompyuter və ya laptop

- Mobil telefonlar

- Mavi işıq yayan digər elektron cihazlar

Yatmazdan əvvəl elektron cihazlardan imtina etmək bəzi uşaqlar üçün çətin ola bilər. Bunun üçün alternativ istirahət  formalarından istifadə etmək məqsədə uyğundur. Məsələn, mütaliə.

Məktəbə başladıqda uşaqlarda ümumi bir rutin dəyişir, yeni gözləntilər yaranır, daha az boş vaxt olur. Bu bir təlatümlər zamanıdır. Müsbət vərdişləri təşviq etmək üçün diqqətli olmaq lazımdır. Məktəbdən sonra yaxşı istirahət və möhkəm yuxu rejimi faydalıdır. Bunun üçünsə bir neçə həftə ərzində keçid dövrü keçmək  tələb edir.

Məktəb yuxusuna keçid dövrü başa çatanda uşaqlar rahat yuxuya gedirlər. Nəticədə uşaq məktəbdə daha yaxşı oxuyacaq, konsentrasiyasını dərsə yönəldə biləcək və dərs sonrası yorğunluğu daha az olacaq.

Nevroloq Sevinc Mir Seyid
Milli.Az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri