Uşaqlarla bağlı sosial müavinətlərin artırılmış məbləğləri
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci il iyulun 1-dən sosial müavinətlərin məbləğləri artırılır.
Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.
Belə ki, fərmanla ailə başçısını itirməyə görə 140 (yüz qırx) manat;
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 (yüz qırx) manat;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 (yüz qırx) manat;
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 (yüz qırx) manat;
- beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 (yüz qırx) manat;
- övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 (iki yüz qırx) manat;
- himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0-6 yaş arası uşağa görə 500 (beş yüz) manat, 7-13 yaş arası uşağa görə 600 (altı yüz) manat, 14-18 yaş arası uşağa görə 650 (altı yüz əlli) manat;
- uşağın anadan olmasına görə 600 (altı yüz) manat aylıq müavinət müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 12 İyun 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















