Icma.az
close
up
RU
Valideynlərin gözlədiyi QƏRAR: Azərbaycan yeni qaydalara keçir

Valideynlərin gözlədiyi QƏRAR: Azərbaycan yeni qaydalara keçir

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Uşaqlar cəmiyyətimizin gələcəyidir. Bu səbəbdən onların sağlam və savadlı böyüməsi ilə yanaşı, informasiya hücumlarından qorunması da olduqca vacibdir.
Uşaqlar üçün real təhlükə mənbəyi
Heç kimə sirr deyil ki, sosial şəbəkələr uşaqlar üçün zərərli və qorxunc vərdişlərin təşviq edildiyi bir platformadır. Doğrudur, texnologiyanın inkişafı uşaqlara məlumat əldə etmək, ünsiyyət qurmaq və öyrənmək üçün geniş imkanlar yaradır. Amma bu sahədə “qırmızı xətt”in olmaması uşaqlar üçün bir sıra təhlükəli nəticələrə səbəb olur.
Əvvəla, sosial şəbəkələr uşaqların psixi sağlamlığına mənfi təsir göstərir. Davamlı olaraq başqalarının həyatını izləmək, özünü onlarla müqayisə etmək uşaqlarda özgüvən problemləri yaradır. Xüsusilə ideal həyat tərzinin nümayiş etdirildiyi paylaşımlar uşaqlarda özlərini uğursuz və ya natamam hiss etmələrinə səbəb olur. Nəticədə depressiya, narahatlıq və tənhalıq hissi güclənir.
Digər mühüm problem sosial şəbəkələrin asılılıq yaratmasıdır. Bir çox uşaq saatlarla telefon və planşet qarşısında vaxt keçirir. Bu isə onların dərs hazırlığına, ailə üzvləri ilə ünsiyyətinə və fiziki fəaliyyətinə mənfi təsir edir. Uzun müddət ekran qarşısında qalmaq yuxu pozuntularına, diqqət dağınıqlığına və akademik göstəricilərin aşağı düşməsinə səbəb olur.
Kibertəzyiq, qeyri-etik davranışlar, aqressiya...
Sosial şəbəkələr həm də kibertəzyiqin yayılmasına şərait yaradır. Uşaqlar təhqir, təhdid və ya lağ obyektinə çevrildikdə bunun psixoloji nəticələri çox ağır olur. Virtual məkanda edilən zorakılıq bəzən real həyatda yaşanan zorakılıqdan daha dərin izlər buraxır. Çünki internetdə yayılan məlumatların silinməsi və ya qarşısının alınması daha çətindir.
Bundan əlavə, sosial şəbəkələr uşaqları zərərli məzmunlarla qarşı-qarşıya qoya bilər. Şiddət, aqressiya, qeyri-etik davranışlar və yaşlarına uyğun olmayan görüntülər onların dünyagörüşünə mənfi təsir göstərir. Uşaqlar hələ formalaşma mərhələsində olduqları üçün gördükləri davranışları təqlid etməyə daha meyllidirlər.
Bəllidir ki, bu mənfi tendensiya bütün dünya ölkələrini bürüyüb. Ona görə də əksər ölkələr uşaqların və yeniyetmələrin sosial platformalara çıxışını bu və digər şəkildə məhdudlaşdırır. Çünki mübarizənin başqa effektiv alternativ yolu yoxdur.
Valideynlərin yeni qanun layihəsinə reaksiyası
Maraqlıdır ki, ölkəmizdə valideynlərin 87.3%-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir. 11.1% təkliflə razılaşmır, 1.6% bu barədə fikir bildirmir. Məktəbyaşlı övladı olanların 90.5%-i təklifə müsbət yanaşır.
Məhz bu səbəbdən sosial sifariş olaraq ölkəmizdə yeni qanunvericilik bazası hazırlanır.
Yaş məhdudiyyətlərinə nəzarət mexanizmi
Yeni qanunvericiliyə görə 16 yaşı tamam olmamış şəxslərin sosial şəbəkə platformalarına çıxışı böyük ölçüdə məhdudlaşdırılacaq.
Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən,16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək.
Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı şəxsin yaşının bəyan edilməsi, şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi əsas şərt kimi irəli sürülür.
Yeni qanunun əsas fəlsəfəsi
Yeni qanun cəmiyyətə qadağalar yox, tənzimləmələr və sosial platformalardan sağlam istifadə mədəniyyəti gətirir. Çünki qadağanın konkret ünvanı var. Həmin ünvana baxanda aydın şəkildə görürük ki, sosial platformalardakı bəzi səhifələr, trendlər uşaqlarımızın təkcə vaxtını almır, eyni zamanda onların daha aqressiv böyüməsinə və gələcəkdə cinayətkar ünsürə çevrilməsinə stimul verir.
Bundan əlavə sosial platformalar yeniyetmələri yüngül həyat tərzinə səsləyir. Sərhədsiz informasiya axını uşaqların fiziki, psixoloji sağlamlığına mənfi təsir göstərir. Hətta uşaqların heç bir yaş məhdudiyyəti olmadan sosial şəbəkələrdən istifadəsi onların din pərdəsi altında ekstremist, zərərli təbliğatların qurbanına çevrilməsinə də gətirib çıxara bilir.
Bu mənada ictimai müzakirə mərhələsində olan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi zamanın tələblərinə tam uyğun olan bir təşəbbüsdür.
Zərərli paylaşımlar yerinə, maarifləndirici məzmun
Gələcəyimiz olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini hədəfləyən bu qanun layihəsi bu sahədə dünya ölkələrinin ən nümunəvi qərarlarını özündə ehtiva etməlidir.
Yeni qanunun uşaqların sosial çıxışında filtir rolunu oynaması nəzərdə tutulur. Yəni, alınan hər bir informasiya bu filtirdən keçərək uşaqların zehni, fiziki və mənəvi sağlamlığına xidmət etməlidir.
Hesab edirik ki, yeni qaydalar həm valideynin, həm də uşaqların məsuliyyətini artıracaq. Buna paralel olaraq, rəqəmsal mühitdə maarifləndirici və faydalı resursların sayınının artırılması da kritik əhəmiyyət kəsb edir. Bu üsulla uşaqlar üçün yaranan “boşluğu” səmərəli şəkildə doldurmaq mümkündür.
Valideyn və məktəblərin məsuliyyəti
Təbii ki, bir ildən sonra qüvvəyə minəcək qanunun icrasında valideynlərin və məktəblərin üzərinə böyük məsuliyyət düşür. Uşaqların internetdən istifadə müddətinə xüsusi nəzarət olunmalı, onlara rəqəmsal təhlükəsizlik qaydaları öyrədilməli və real həyatda sosial fəaliyyətlərə daha çox cəlb olunmaları təmin edilməlidir.
Nəticəyə çatmaq üçün qadağalardan daha çox, maarifləndirmə və düzgün istiqamətləndirmə vacibdir. Unutmayaq ki, sosial şəbəkələr düzgün istifadə edildikdə faydalı vasitə olsa da, nəzarətsiz istifadə uşaqların psixoloji, sosial və fiziki inkişafına ciddi zərər vurur. Buna görə də cəmiyyət, ailə və təhsil sistemi birlikdə hərəkət edərək uşaqların rəqəmsal dünyada təhlükəsiz böyüməsinə şərait yaratmalıdır.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 İyun 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri