Icma.az
close
up
RU
Vasili Berezutski: “Sabah”ın baş məşqçisi olmaqdan qürur duyuram”

Vasili Berezutski: “Sabah”ın baş məşqçisi olmaqdan qürur duyuram”

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən "Sabah"a baş məşqçi təyin edilən Vasili Berezutski yeni klubu haqqında ilkin təəssüratlarını danışıb. Sport24.az xəbər verir ki, rusiyalı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə müsahibə verib.

– "Sabah"ın baş məşqçisi kimi nə hiss edirsiniz? 

– "Sabah"ın baş məşqçisi olmaqdan qürur duyuram. Bu, mənim üçün əla fürsətdir. Bundan sonra yolumuza birlikdə davam edəcəyik. Ümid edirəm ki, bu yol məhsuldar, maraqlı və çox həyəcanlı olacaq.

– Təklif almamışdan öncə "Sabah" barədə nə bilirdiniz?

– Uzun müddət burada çalışdığı üçün "Sabah"ı Murad Musayevlə tanıyıram. Muradı çox yaxşı tanıyıram, biz bir yerdə oxumuşuq. Onun baş məşqçi təyin olunmasından sonra klubu yaxından izləməyə başladım. Xaricdə çalışan rusiyalı məşqçilərin sayı o qədər çox deyil. Buna görə, Rusiyadan hər hansı məşqçi ölkə xaricinə köçəndə, orada çalışanda, buna xüsusi diqqət yetirirsən. Birinci Murad Musayevlə diqqətimi çəksə də sonradan "Sabah" bir klub kimi mənə maraqlı gəldi. Bu cür gənc insanların çox maraqlı, müasir yanaşması var. Bu kafe və fan-şopun bir yerdə olmasını nümunə göstərə bilərəm.

– Bir məşqçi kimi işdə sizin üçün ən vacib amil nədir?

– Güvənin, həmçinin etibar edə biləcəyiniz insanların olduğunu bilmək. Bundan əlavə, məsələn, Bakıda olmağını hiss edəndə olan bir növ rahatlıq. Bakıda olanda özümü rahat hiss edirəm, bura xoşuma gəlir və ən əsası da budur. Bu müddət ərzində tanış olduğum "Sabah"da çalışan insanlar isə sadəcə heyrətamizdir. Ona görə də məşqçi işində yəqin ki, ən vacib şey budur, qalan hər şey tədricən gələcək. Bunlar bizim bacarıqlarımızdır, futbolçu kimi sahib olduğum təcrübəm hansı ki, kifayət qədər çoxdur, bir məşqçi kimi də sahib olduğum, həyata keçirməyə və paylaşmağa çalışacağım keyfiyyətlərimizdir. Bunun müqabilində futbolçulardan qarşılıq alacağıma ümid edirəm.

– Məşq tərzinizi təsvir edəcək 3 söz?

– Təşəbbüs, intensivlik, keçidlər.

– Bakı haqqında ilk təəssüratlarınız?

– Yaxşı, gəl, bu ilk təəssürat olsun, çünki sonuncu dəfə Bakıda təxminən 12 il əvvəl olmuşam. Bu 12 ildə hər şey inanılmaz dərəcədə dəyişib. Şəhər sadəcə olaraq gözəlləşib. Dünən axşam saatlarında biz Bakını gəzəndə, sahil boyu, sadəcə olaraq, fantastik görünürdü.

– "Sabah"ın azarkeşlərindən gözləntiləriniz nələrdir?

– Dəstək, dəstək və yenə də dəstək. Biz də öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, onlar futbola gəlməkdən həzz alsınlar. Bu ən vacib şeydir. Bəli, aydındır ki, hər zaman qalib gəlmək mümkün deyil, amma onlar futbolu emosiyalarla, yenidən bura gəlmək istəyi ilə tərk etməlidirlər.

– Hansı məşqçilərin sizə daha çox təsiri olub?

– Hər halda, yəqin ki, Slutkskidir. Qonçarenkonu da bura əlavə edərdim. Çünki, mənim məşqçilik karyeram bu iki şəxslə bağlı olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://sport24.az
archiveBu xəbər 26 Noyabr 2024 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri