Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıqlarla bağlı müraciət edəcək
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.
Bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A.Bağırov Rusiyada həbs olunan sahibkarlar, diaspora rəsmiləri ilə bağlı bildirib ki, Şahin Şixlinskini uzun illərdir şəxsən tanıyır, özü və oğlu Rusiyada təcrübəli vəkillərdir:
“Onların bir tək “günahı” son günlər qanunsuz həbs olunmuş diaspora üzvlərinin hüquqlarını müdafiə etmələridir. Vəhşicəsinə döyülmüş soydaşlarımızın məhkəmə prosesində Şıxlinskilər müdafiəçi qismində iştirak ediblər və məhz buna görə onlara qarşı zorakılıq tətbiq edilir, vəkil olan ata və oğul qatı cinayətkarlar kimi hər kəsin gözü qarşısında təhqir olunur, döyülürlər. Ş.Şıxlinski, həmçinin tanınmış iş adamıdır, diaspor rəhbəridir. Artıq vəkillər, hüquqşünaslar peşə fəaliyyətlərinə görə qanunsuz həbs olunurlar, onlara qarşı alçaldıcı şəkildə qeyri-adekvat güc tətbiq olunur”.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 01 İyul 2025 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















