Icma.az
close
up
RU
Velosiped təkcə nəqliyyat yox, həyat tərzi:

Velosiped təkcə nəqliyyat yox, həyat tərzi:

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Dünyanın bir çox şəhərlərində velosiped sadəcə hərəkət vasitəsi deyil, insanların düşüncə tərzinin, həyat fəlsəfəsinin bir hissəsinə çevrilib. AzPost xəbər verir ki, “Pro-Vision” şirkətinin prezidenti və “Vinogradov.story” icmasının müəllifi Vladimir Vinogradov səyahət təəssüratlarını bölüşərək müxtəlif ölkələrdə velosiped mədəniyyətinin necə fərqləndiyini izah edib.

Onun sözlərinə görə, velosiped insana şəhəri tam başqa bucaqdan hiss etmək imkanı verir — küçələrin ritmini, qoxusunu, səsini və ab-havasını. “Velosiped uşaqlıqdan yanımdadır. O, mənim ilk yıxılmalarımın, ilk qələbələrimin və ilk səyahətlərimin şahididir,” – deyə Vinogradov qeyd edib.

Ekspert ilk növbədə Skandinaviya ölkələrinin və Niderlandın misalında qeyd edir ki, bu regionlarda velosiped demək olar ki, hər ailənin üzvüdür. Hətta soyuq iqlimə baxmayaraq, burada həm uşaqlar, həm böyüklər, hətta krallıq ailəsinin üzvləri belə hər gün velosiped sürür. Kopenhagen bu baxımdan ideal şəhər sayılır: hər ticarət mərkəzində, muzeydə və vağzalda velosiped liftləri, ofislərdə isə duş otaqları mövcuddur.

Vinogradov bildirir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində velosiped icarə sistemi xüsusi diqqətə layiqdir. O, İpanema sahilindən başlayaraq okeanboyu sürdüyü velosipedlə şəhərin həm tanınmış, həm də gizli məkanlarını kəşf etdiyini söyləyib. “Rio-da velosiped sadəcə nəqliyyat deyil, sanki şəhərin nəfəsidir – burada hər küçə səni yeni macəraya aparır,” – deyə o vurğulayıb.

Asiyada, xüsusilə Nepalın Katmandu şəhərində isə velosiped mədəniyyəti fərqli təcrübə ilə təqdim olunur. Burada velorikşalar hələ də geniş istifadə olunur və bu səyahət növü həm turistlər, həm də yerli sakinlər üçün meditativ bir təcrübəyə çevrilib. Vinogradovun sözlərinə görə, “Rikşada şəhərin səsini, ədviyyat qoxularını və insanların ritmini hiss edirsən – bu, təkcə gəzinti deyil, mədəniyyətlə birbaşa təmasdır.”

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 Oktyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri