Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Venesuela işğalı, Çinə zərbə və dolları qorumaq planı: Trampın “Putinizm“ modelinin pərdəarxasında nə dayanır?

Venesuela işğalı, Çinə zərbə və dolları qorumaq planı: Trampın “Putinizm“ modelinin pərdəarxasında nə dayanır?

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın xarici siyasətində baş verən son proseslər Qərbdə ciddi narahatlıq doğurur. “The Guardian” yazır ki, Vaşinqtonun beynəlxalq davranışı getdikcə “Putinizm” adlandırılan modelə yaxınlaşır və bu, ABŞ-ın onilliklər boyu müdafiə etdiyi qaydalar əsaslı dünya nizamından açıq uzaqlaşma deməkdir. Ağ rəhbərinin Putin kimi rəfdar etməsi dünyanı hansı təhlükələrlə üz-üzə qoyur? Trampın “güc dili” ilə apardığı xarici siyasət "Putinizm" modeli ilə nə dərəcədə üst-üstə düşür?

Moderator.az-a danışan politoloq Azad Məsiyev deyib ki, dünya siyasəti beynəlxalq hüquqla tənzimlənmir:

“Dünya siyasəti artıq güc qanunları ilə tənzimlənir. Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarının qüvvəsi azalıb və nizamnaməsi sadəcə kağız üzərində qalıb. Bu təşkilat artıq dünyadakı proseslərə təsir etmək imkanına malik deyil və əsasən siyasi diskussiya klubu funksiyasını yerinə yetirir. Hazırda dünyada güc söz sahibidir: güclü olan haqlıdır. İki super dövlət – ABŞ və Rusiya – öz maraqlarını güc vasitəsilə həyata keçirir. Rusiya Ukraynada müdafiə taktikası ilə hərəkət edir. Moskva bir neçə dəfə bəyan edib ki, NATO-nun sərhədlərinə yaxınlaşması onun milli təhlükəsizliyinə zərbədir və buna görə də Rusiya öz maraqlarını qorumaq üçün güc tətbiq edir. ABŞ isə fərqli strategiya ilə çıxış edir. Amerikanın “dərin dövlət”i tərəfindən formalaşdırılmış bu strategiya, hakimiyyətdə kim olursa olsun – respublikaçı və ya demokrat – Amerika siyasətinə xidmət etməlidir. Əks halda həmin rəhbərin hakimiyyəti uzunömürlü ola bilməz. ABŞ-ın məqsədi dünyada birqütblü sistem yaratmaq və bu qütbü öz nəzarətində saxlamaqdır. Bunun üçün Amerika müxtəlif sahələrdə güc tətbiq edir. Amerika strategiyasına görə, üç əsas təhlükə mövcuddur: Rusiya – hərbi gücü ilə, Çin – iqtisadi gücü ilə və Avropa – maliyyə gücü ilə (avro vasitəsilə). Bu strategiyaya uyğun olaraq prezidentlər ölkənin maraqlarını qorumaq üçün hərəkət etməlidir. Donald Tramp da məhz bu strategiyaya xidmət edir. Onun taktiki addımları Baydendən fərqlidir. Tramp seçki kampaniyasında insan haqları, sülh və əmin-amanlıqdan danışaraq fəal iştirak edib. Hətta bəzi ekspertlər Trampın dünyada sülhü bərqərar edə biləcəyini və əmin-amanlıq yaradacağını qeyd edirdilər. Mən isə hər zaman demişəm ki, Tramp Baydenə “rəhmət oxudacaq” – və artıq bunu edir. Çünki Tramp da Amerikanın dəyişməz strateji xəttinə xidmət edir. Onun əsas məqsədi dünyada hərbi xaos yaratmaq və həmin xaos fonunda ABŞ-ın maraqlarını reallaşdırmaqdır. ABŞ-ın bunu necə bacardığını tarix dəfələrlə göstərib. İraq nümunəsi hələ də yaddaşlardadır. Amerika Səddam Hüseyni devirmək üçün yalan üzərində “həqiqət” qurmağı bacardı. ABŞ-ın dərin dövlətini təmsil edən beyin mərkəzləri dünya ictimaiyyətini inandırdı ki, guya İraqda kütləvi qırğın silahları var. Hətta o dövrdə ABŞ-ın dövlət katibi BMT tribunasından çıxış edərək əlində bir kapsul nümayiş etdirdi və bunu “sübut” kimi təqdim etdi. Nəticədə İraq işğal olundu, Səddam edam edildi, 500 mindən çox insan həyatını itirdi.

Sonradan isə rəsmi şəkildə etiraf etdilər ki, bu məlumatlar səhv imiş. Bir dövləti işğal edirsən, yüz minlərlə insanın ölümünə səbəb olursan, ölkə başçısını qətlə yetirirsən, sonra da deyirsən “səhv etmişik”. Bu heç bir beynəlxalq norma və hüquqa sığmır”.

Politoloq qeyd edib ki, bu gün eyni ssenari Venesuela üzərində tətbiq olunur:

“Guya Nikolas Maduro narkobarondur, guya ABŞ narkotiklə mübarizə aparır. Əgər Venesuelada narkotik istehsalı varsa, ABŞ öz sərhədlərini qorusun. Deməli, ya ABŞ sərhədlərini qoruya bilmir, ya da bu ittihamların əsas məqsədi başqa yerdədir. Narkotik ABŞ-a daxil olursa, bunun məsuliyyəti Venesuelanın yox, ABŞ-ın öz üzərinə düşür. Bu hansı məntiqdir? Əslində məqsəd aydındır: dünya ictimaiyyətini aldatmaq, “narkotiklə mübarizə”, “demokratiya”, “insan haqları” şüarları altında Maduronu devirmək və Venesuelanı işğala hazırlamaq. Bu siyasətin nə insan haqları ilə, nə sülhlə, nə də demokratiya ilə əlaqəsi var. Bu, sadəcə güc tətbiq etmək və güc üzərindən maraqları təmin etmək siyasətidir. Məqsəd isə Venesuelanın zəngin enerji resurslarıdır. Məlum olduğu kimi, dünya neft ehtiyatlarının təxminən 20 faizi Venesuelanın payına düşür və bu göstərici hətta ABŞ-dan da çoxdur. Venesuela neftinin əsas hissəsini Çinə satır və Maduro Pekinlə strateji xətt üzrə razılaşdırılmış siyasət yürüdür. Ən önəmlisi isə Venesuela neftinin dollarla deyil, Çin yuanı ilə satılması planıdır. Bu, bir tərəfdən dollara vurulan ciddi zərbədir, digər tərəfdən isə ABŞ-ın əsas rəqibi olan Çinin iqtisadi gücünün artmasına xidmət edir. Məhz buna görə də ABŞ Venesuelanı hədəfə alıb və Tramp da bu strategiyanın icraçılarından biridir”.

Azad Məsiyev vurğulayıb ki, iqtisadiyyatın iki əsas şərti var: enerji və xammal. Bu baxımdan, Venesueladan  gedən neft Çin iqtisadiyyatını gücləndirir və bu da Amerika “imperatoru” üçün ciddi təhlükədir:

 “ABŞ isə maraqlarını güc üzərində qurur; beynəlxalq hüquq və beynəlxalq normalar yalnız zəiflər üçün nəzərdə tutulub. Venesuelada aparılan hərbi əməliyyat bunu bir daha sübut edir: Amerika öz maraqlarını yalnız güc vasitəsilə təmin edir. Bu vəziyyət Amerikanın Rusiyadan fərqini gündəmə gətirir. Qərb mediası tez-tez Rusiyanı da güc tətbiq edərək maraqlarını qoruyan dövlət kimi təqdim edir. Amma ABŞ fərqlidir: o, özünü dünya insan haqları, beynəlxalq hüquq, demokratiya və sülhün qarantı kimi təqdim edir. Əslində isə bu imic dünya ictimaiyyətini aldatmaqdan başqa bir şey deyil. Tramp hakimiyyətə gəlməzdən əvvəl də bəyan etmişdi ki, Qrenlandiya ABŞ-ın torpaqları olmalıdır. Bu açıqlama Avropada böyük etirazlara səbəb oldu və göstərdi ki, ABŞ-ın hədəfləri təkcə regional deyil, qlobal maraqlara yönəlib.

Avropa iqtisadiyyatının güclənməsi dolların dünya bazarında sıxışdırılması və zəifləməsi deməkdir ki, bu da Amerikanın qlobal liderliyinə ciddi zərbədir. ABŞ-ın gücü təkcə silahda deyil, pul vahidi – dollarda cəmlənib. Buna görə də ABŞ dolları dünya bazarında lider valyuta olaraq qorumaq üçün bütün güc faktorlarını işə salır.

Amerika dünyada birqütblü sistem yaratmaq və onu öz nəzarətində saxlamaq siyasətini dərin dövlətin proqramı kimi həyata keçirir. Kim hakimiyyətdə olursa olsun, bu siyasətə xidmət etməlidir. Tramp da indiki siyasətini məhz bu strategiyaya uyğun qurur.

İrana və Venesuelaya qarşı aparılan hərbi və iqtisadi əməliyyatlar güc tətbiqinin nümunəsidir. Hətta Tayvan məsələsində də ABŞ açıq şəkildə Çin üçün “qırmızı xətt” müəyyən edib və bunu hədələyici vasitə kimi istifadə edir.

Bu baxımdan, Amerika dünyada xaos yaradır, hərbi xaosun fonunda öz maraqlarını həyata keçirir. ABŞ nə demokratiyanın, nə insan haqlarının, nə də sülhün bərqərar edilməsində aparıcı rol oynayan bir dövlət deyil. Amerika güc üzərində qurulmuş bir dövlətdir və təəssüf ki, “güclüsənsə haqlısan” prinsipi bu gün dünyada aktual olaraq qalır. Güclülərdən qorxmurlar və təbii olaraq, güc əsaslı siyasət reallıqdadır”.

Politoloq sonda əlavə edib ki, Azərbaycan Prezidenti də Yeni il təbrikində bu məsələyə toxunmuş və qeyd etmişdi: “Artıq dünya siyasəti beynəlxalq hüquqla deyil, güc faktoru ilə tənzimlənir.” Bu çağırış bir faktdır və Azərbaycan dövlətinə öz gücünü formalaşdırmaq, gücləndirmək üçün mesajdır:

"Ümumilikdə demək olar ki, Amerika Venesuelada dayanmır. Onun hədəfi Çindir: ABŞ Çinin iqtisadi cəhətdən zəifləməsi üçün Çinlə gedən neft yollarını kəsmək və enerji axınını nəzarət altına almaq istəyir. Amerika həmçinin öz nəzarətini Amerikanın qitəsində tam təmin etmək istəyir. Kuba və Qrenlandiya kimi ərazilər bu siyasətin bir nümunəsidir və bu barədə təbliğat aparılır. Beləliklə, təəssüflər olsun ki, dünya siyasəti artıq güc üzərində qurulub və bu reallıq qaçılmazdır”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Yanvar 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see393

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see203

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see155

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see154

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see146

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see144

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see144

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see143

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see139

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see135

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri