Icma.az
close
up
RU
Vergi dərəcələri artmalı, yoxsa azaldılmalıdır...

Vergi dərəcələri artmalı, yoxsa azaldılmalıdır...

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vergi dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Vergilər dövlətin iqtisadi fəaliyyətləri dəstəkləmək, sosial xidmətləri təmin etmək və investisiya layihələrini həyata keçirmək üçün əsas maliyyə mənbələrindən biridir.  

Vergi siyasətinin düzgün formalaşdırılması dövlətin büdcə gəlirlərini artırmaq və iqtisadi sabitliyi təmin etmək baxımından mühüm  əhəmiyyət daşıyır. Bu məqsədlə hökumətlər vergi dərəcələrini artırmaq və ya azaltmaqla iqtisadiyyatın müxtəlif sahələrini tənzimləməyə çalışırlar.

Vergi siyasətinin ən vacib hissələrindən biri vergi dərəcələrinin təyin olunmasıdır. Vergi dərəcələri tənzimləyici bir alət olaraq dövlətin iqtisadi siyasətinə uyğun olaraq artırıla və ya azaldıla bilər. Bu dəyişikliklər vergi yığımlarına və iqtisadiyyata müxtəlif şəkildə təsir edir. Ancaq vergi dərəcələrinin artırılmasının və ya azaldılmasının necə təsir sualına cavab tapmaq üçün iqtisadiyyatda geniş şəkildə istifadə olunan Laffer əyrisi nəzəriyyəsinə diqqət yetirmək lazımdır.

Laffer əyrisi

Laffer əyrisi vergi dərəcələri ilə vergi gəlirləri arasındakı əlaqəni göstərən nəzəri bir modeldir. Əyrinin adı amerikalı iqtisadçı Artur Lafferin şərəfinə adlandırılıb. Laffer  bu  konsepsiyanı 1970-ci illərdə irəli sürüb.

Bu nəzəriyyənin əsas prinsipi ondan ibarətdir ki, vergi dərəcəsi çox aşağı olduqda, dövlət kifayət qədər gəlir toplamaq üçün resurs tapmır. Vergi dərəcəsi müəyyən bir səviyyəyə çatdıqda dövlətin vergi gəlirləri maksimuma yüksəlir. Bu nöqtə Laffer əyrisinin zirvəsini təşkil edir.

Vergilər çox yüksək olduqda isə şirkətlər motivasiyasını itirir, iqtisadi fəaliyyət azalır və nəticədə dövlət gəlirləri düşür.

Hökumətlər optimal vergi dərəcəsini tapmağa çalışaraq həm iqtisadi fəaliyyətin təşviq edilməsini, həm də dövlət gəlirlərinin artmasını təmin etməyə çalışırlar. Laffer əyrisi nəzəri bir modeldir və real həyatda bu əlaqə çox mürəkkəbdir.

Vergi dərəcələrinin artırılmasının təsirləri

Vergi dərəcələrinin artırılması dövlətin büdcəsinə daxil olan vəsaitləri artırmağı hədəfləsə də bu proses gözlənilən nəticəni verməyə bilər. Bunun bir neçə səbəbi var:

Yüksək vergi dərəcələri sahibkarlar və fərdi şəxslər üçün iqtisadi fəaliyyətlərini məhdudlaşdırmağa səbəb ola bilər. Çünki daha yüksək vergi dərəcəsi gəlirlərin azalmasına və daha az sərmayə qoyuluşuna gətirib çıxarır. Nəticədə, iqtisadi aktivlik azalır və vergi yığımları gözləniləndən daha az olur.

Yüksək vergi dərəcələri vergi ödəyicilərini vergidən yayınmağa və ya gizli iqtisadiyyata  keçməyə təhrik edir. Bu vergi bazasının daralmasına və nəticədə vergi yığımının azalmasına səbəb ola bilər.

Yüksək vergi dərəcələri məhsul və xidmətlərin qiymətini artırır və alıcılıq qabiliyyətini aşağı salır.

Vergi dərəcələrinin azaldılmasının təsirləri

Bəzən vergi dərəcələrinin azaldılması da dövlətin vergi yığımlarını artıra bilər. Lakin bu yalnız müəyyən şərtlər altında mümkündür. Laffer əyrisi göstərir ki, vergi dərəcələrini optimallaşdırmaq iqtisadi fəaliyyəti stimullaşdırır və vergi gəlirlərini artırır.

Vergi dərəcələrinin azaldılması şirkətləri və fərdi şəxsləri daha çox sərmayə qoymağa və istehlak etməyə təşviq edə bilər. Bu, iqtisadi aktivliyi artırır və nəticədə vergi ödəməyə səbəb olur.

Vergi dərəcələri azaldıqda vergidən yayınmalar azalır, vergitutma bazası artır.

Vergi dərəcələrinin azalması, şirkətlərə daha çox sərmayə qoymaq və bizneslərini genişləndirmək imkanı yaradır. Bu da ümumi iqtisadi artıma səbəb olur və nəticədə dövlətin vergi gəlirlərini artırır.

Vergi dərəcələrinin  azaldılması məhsul və xidmətləri qiymətinin aşağı səviyyədə olmasına imkan yaradır. Bu da alıcılıq qabiliyyətinin artırır və daha çıx məhsul satışı daha çox vergi yığımına səbəb olur.

Laffer əyrisi nəzəriyyəsi real həyatda necə işləyir?

Dünyada bir çox ölkə vergi siyasətində Laffer əyrisinin prinsiplərini tətbiq edərək dövlət gəlirlərini artırmağa çalışıb.

Məsələn 1980-ci illərdə ABŞ prezidenti Ronald Reyqan prezidentliyində vergi islahatları həyata keçirdi. Reyqan iqtisadi artımı stimullaşdırmaq məqsədilə vergi dərəcələrini azaltmaqla bağlı bir plan təklif etdi. 1981-ci ildə qəbul edilən vergi islahatları ilə ən yüksək vergi dərəcəsi 70 faizdən  50 faizə, 1986-cı ildə isə 28 faizə endirildi. Bu azalma iqtisadi artımı və vergi bazasının genişlənməsini təmin etməyə yönəlmişdi. Reyqan dövründəki vergi islahatları nəticəsində ABŞ-da iqtisadiyyat xeyli böyüdü və işsizlik azaldı.

Oxşar siyasət Böyük Britaniyada da həyata keçirildi. Böyük Britaniya 1970-ci illərin sonlarına doğru yüksək vergi dərəcələrindən istifadə edirdi. O dövrdə,ən yüksək gəlir vergisi dərəcəsi 83 faizə qədər yüksəlmişdi. Lakin bu vergi siyasəti iqtisadi artımın qarşısını alır və vergi ödəyicilərinin iqtisadi fəaliyyətini mənfi təsir edirdi.

Marqaret Tetçerin  baş nazir olduğu dövrdə (1979-1990) vergi islahatları həyata keçirildi. Ən yüksək gəlir vergisi dərəcəsi 83 faizdən 60 faizə, sonra isə 40 faizə endirildi. Nəticədə, iqtisadi artım başladı və dövlət gəlirləri artdı.

Vergiləri artırmaqla dövlət gəlirlərini artırmaq məqsədilə həyata keçirilən təcrübələr müxtəlif ölkələrdə müxtəlif nəticələr verib.

Danimarka, İsveç, Norveç kimi ölkələr yüksək vergi dərəcələri ilə tanınır. Bu ölkələrdə vergi dərəcələrinin artması sosial rifah sistemlərinin inkişafını təmin etmək və sosial xidmətlərə olan tələbatı qarşılaymaq üçün həyata keçirilib. Bu ölkələrdə vergi dərəcələri yüksək olsa da, iqtisadiyyat ümumilikdə stabil olub və sosial xidmətlər yüksək keyfiyyətlə təmin edilib.

Fransa 2011-ci ildə  yüksək gəlirli şəxslərə vergiləri artırdı. Bu addımın məqsədi dövlətin sosial xərclərini qarşılamaq idi. Bu təcrübə qısa müddət ərzində böyük ictimai müzakirələrə səbəb oldu. Yüksək gəlirli şəxslərin bir qismi ölkəni tərk etdi və ya vergiləri ödəməkdən yayınmağa başladılar. Nəticədə vergi artımı gözlənilən nəticələri vermədi.

2014-cü ildə  Yaponiyada istehlak vergisi 5 faizdən  8 faizə  qaldırıldı. Bu qərar dövlətin artan borc yükünü azaltmaq və sosial xidmətlərin maliyyələşdirilməsini təmin etmək məqsədini güdürdü. Yaponiyada vergi artımının təsiri bir qədər qarışıq oldu. Vergi iqtisadi fəallığa mənfi təsir etsə də dövlətin borc yükü bir qədər azaltdı və sosial xərclər üçün əlavə maliyyə mənbələri təmin olundu.

2018-ci ildə  Türkiyə hökuməti xüsusilə lüks mallara və xidmətlərə olan vergiləri artırdı. Bu artımları, müəyyən mallara olan tələbi azaltsa da dövlətin vergi gəlirlərini artırmaqda müsbət təsir göstərdi. Amma vergi artımları bəzən inflyasiyanı  daha da gücləndirdi.

Azərbaycanın keçdiyi yol

Azərbaycanda vergi dərəcələrinin dəyişməsi və bunun iqtisadiyyata təsiri bir neçə dövr ərzində həyata keçirilən vergi islahatları ilə müşahidə olunub. Müstəqillik illərində vergi siyasətində bir sıra dəyişikliklər və təkmilləşdirmələr olub. Bu dəyişikliklər həm vergi yığımı, həm də iqtisadi inkişaf baxımından mühüm rol oynayıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni iqtisadi sistemə keçid başlandı. Bu dövrdə vergi sisteminin təşkili çox çətin olmuş, çünki ölkədə dövlətin iqtisadi strukturu hələ də inkişaf etməmişdi. Vergi dərəcələri yüksək, vergi yığımının effektivliyi aşağı idi. İqtisadiyyatda qeyri-rəsmi sektor böyük yer tuturdu.

2000-ci illərdən etibarən Azərbaycanda vergi sistemində islahatlar həyata keçirməyə başlandı. 2000-ci ildə yeni Vergi Məcəlləsi qəbul olundu və vergi dərəcələri azaldıldı. Vergi dərəcələrinin azaldılması nəticəsində bəzi hallarda iqtisadi artım müşahidə olundu. Bu iş adamlarının iqtisadi fəaliyyətini stimullaşdırdı və dövlətin vergi yığımlarını artırmağa kömək etdi. Həmçinin vergi inzibatçılığı və ödəyiciolərin maarifləndirilməsi sahəsində böyük irəliləyişlər əldə edildi.

Azərbaycanın vergi islahatları Laffer əyrisi nəzəriyyəsinə uyğun olaraq müəyyən dövrlərdə vergi dərəcələrinin azaldılmasının iqtisadi fəaliyyətə və dövlətin vergi yığımına müsbət təsir etdiyini göstərir. Lakin vergi islahatları yalnız vergi dərəcələrinin azaldılması ilə deyil, həm də vergi inzibatçılığı və iqtisadi mühitin daha da təkmilləşdirilməsi ilə daha uğurlu ola bilər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə vergi xidməti dövlət büdcəsinin fiskal gəlirlərinin 77 faizdən çoxunu təmin edir. 2024-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 15,8 milyard manatdan çox vəsait daxil olub. Bunun 11 milyard manatdan çoxu məhz qeyri-neft sektorunun payına düşüb. Xidmətdə hesab edirlər ki, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və şəffaflaşması iqtiqamətində aparılmış islahatlar bu gün müsbət nəticələr verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Mart 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? VİDEO

18 İyun 2026 21:52see248

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see245

Kənd təsərrüfatında 2030 cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

19 İyun 2026 00:47see234

Arıqlamaq istəyənlər üçün daha bir təbii yol

19 İyun 2026 02:10see221

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see213

Zəngli saatın kənarında: təravətli və stresssiz oyanmağın ən yaxşı yolları

18 İyun 2026 19:54see205

“Bir də birdən oyan, görüşə bilək...” Video

19 İyun 2026 00:25see198

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

19 İyun 2026 23:58see183

Nyu Yorkun məşhur meydanında atəş açıldı Anbaan video

19 İyun 2026 02:12see182

Kanye Uestin qızı ilk konsert turuna çıxır…

18 İyun 2026 21:07see179

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

19 İyun 2026 02:35see179

Jurnalist atasının ölümü ilə bağlı məlumata görə Messidən üzr istəyib

19 İyun 2026 06:06see178

Ürək üçün ən faydalı meyvələr

19 İyun 2026 23:25see178

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur İlahiyyatçı

18 İyun 2026 21:03see169

19 iyunun qoroskopu Onlar üçün əlamətdar gündür

19 İyun 2026 00:03see169

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see167

2030 cu il Olimpiya Oyunlarının loqotipi təqdim olunub FOTO

19 İyun 2026 02:11see165

Tottenhem 25 yaşlı futbolçunu transfer etdi RƏSMİ

19 İyun 2026 01:07see165

Alleqri “Napoli”yə gedir 3 illik müqavilə imzalanacaq

19 İyun 2026 02:17see164

Nyu Yorkda atışma baş verib, bir nəfər saxlanılıb

19 İyun 2026 03:37see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri