Vernidubdan köməkçilərinə tapşırıq Onlar “Neftçi”də nəzarətdə saxlansın
Icma.az bildirir, Olke.az portalına istinadən.
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub köməkçilərinə akademiyanın fəaliyyətini nəzarətdə saxlamağı tapşırıb.
Ölkə.Az Sportinfo-ya istinadən xəbər verir ki, ukraynalı mütəxəssisin yardımçıları aşağı yaş qrupları üzrə komandaların oyunlarını izləyir və hesabat hazırlayır. Bura xüsusən U-17, U-19 və əvəzedici heyət aiddir.
59 yaşlı çalışdırıcı həmin raportlar əsasında burada çıxış edən perspektivli yeniyetmə və gənclər barədə məlumat toplayır. Onun niyyəti onları daim nəzarətdə saxlamaq və tədricən əsas komandanın məşqlərinə cəlb etməkdir.
Vernidubun gəldiyi ilk qənaətə görə, "Neftçi"də istedadlı uşaqlar çoxdur, sadəcə, əvvəl burada çalışmış həmkarları tərəfindən diqqət görməyiblər.
Bir zamanlar "Şerif"lə Çempionlar Liqasını görmüş mütəxəssis fikirləşir ki, əgər Azərbaycanda qalası olsa, yayda daha 4-5 cavanı daimi olaraq öz sərəncamında saxlasın. Vernidubun gözünü tutan gənclərdən bir neçəsi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən təlim-məşq toplanışında iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 23 Fevral 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















