Icma.az
close
up
RU
Vətən müharibəsinin 14 cü günü Ermənistan ordusunun ən bahalı radiolokasiya stansiyası məhv edilir

Vətən müharibəsinin 14 cü günü Ermənistan ordusunun ən bahalı radiolokasiya stansiyası məhv edilir

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

2020-ci il oktyabrın 10-u, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on dördüncü günü.

Oxu.Az xatırladır ki, atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri əldə edilən razılığı kobud şəkildə pozur. Azərbaycanın Ağdam və Tərtər rayonları artilleriya atəşinə tutulur. Bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd göstərir. Gecədən etibarən səhər saatlarınadək Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, dörd ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, altı ədəd "D-20" və "D-30" topu, üç ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, iki ədəd M55 "Zastava" zenit qurğusu, iki radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilir və sıradan çıxarılır. Bununla yanaşı, Ermənistan ordusunun bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 ("ST-68U") radiolokasiya stansiyası məhv edilir.

Ermənistan tərəfi mənfur xislətinə sadiq qalaraq, bu dəfə də döyüşləri cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Belə ki, axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə tutulur. Top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü, Çəmənli kənd sakini Gündüz Taryel oğlu Hüseynov həlak olur. Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri gecə saatlarından etibarən Tərtər şəhərini artilleriya atəşinə tutur. Bu bir daha bütün dünyaya nümayiş etdirir ki, Ermənistan rəhbərliyinin atəşkəs çağırışları riyakarlıqdan başqa bir şey deyil.

Müharibəni dinc əhaliyə və yaşayış məntəqələrinə zərər vurmadan aparan Azərbaycan Ordusu isə nəinki öz torpaqlarını işğaldan azad etməyə, doğma yurdundan didərgin salınan soydaşlarımızı ən qısa zamanda evlərinə qaytarmağı qarşısına məqsəd qoyur. Elə həmin gün Prezident İlham Əliyevin Rusiyanın RBK telekanalına müsahibəsində dediyi kimi:

"Biz məcburi köçkünlər üçün tikinti proqramına əsasən, təkcə bu il yeddi min mənzil istifadəyə verəcəyik. Təsəvvür edirsinizmi? Orta hesabla hər mənzildə beş nəfər nəzərdə tutulsa, biz bir ildə 35 min nəfəri yerləşdirəcəyik. Yəni bu, kiçik və ya hətta bizim şəraitdə orta ölçüdən böyük bir şəhər deməkdir. Zərərçəkmiş 300 mindən çox köçkünü artıq yerləşdirmişik. Köçkünlər üçün şərait yaratmaq məqsədilə biz hər il büdcədən külli məbləğdə vəsait ayırırıq. Hər bir köçkün hər ay dövlətdən müavinət alır. Demək istəyirəm ki, orada biz bu işləri görəcəyik. Biz Cəbrayılı təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar. İllər boyu azərbaycanlıların bu vəziyyətdə necə yaşamalarını təsəvvür edin. Təmas xəttində binoklla baxanda bizim dağıdılmış şəhərləri görərkən mənim keçirdiyim hissləri təsəvvür edin. Qoy erməni tərəfi fikirləşsin. O indi bunun nə demək olduğunu başa düşməyəcək. Lakin əvvəl düşünmək lazım idi, azərbaycanlıların hisslərini təhqir etmək lazım deyildi. Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı".

Təbii ki, bu, müharibənin on dördüncü günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfindən olması, qələbəmizin növbəti təntənəsi kimi yadda qalır.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Oktyabr 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri