Vətən müharibəsinin iştirakçıları tələbələrə cəbhə xatirələrindən danışıblar
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 14 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilən görüşdə əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Torpaqlarımızın azadlığı uğrunda silaha sarılan qəhrəman əsgər və zabitlər iştirakçısı olduqları döyüşlərdən, cəbhə xatirələrindən danışıb, Ordumuzun göstərdiyi rəşadət və igidliklərdən bəhs ediblər.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Baxış sayı:50
Bu xəbər 14 Oktyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















