Icma.az
close
up
RU
VK: “Əqrəb mövsümü” serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr işlədilməsinin şahidi oluruq

VK: “Əqrəb mövsümü” serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr işlədilməsinin şahidi oluruq

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Təəssüf hissi ilə qeyd edirik ki, son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud səslənən sözlər işlədilməsinin şahidi oluruq. Belə ki, serialın 08.02.2025-ci il və 15.02.2025-ci il tarixlərdə yaymlanan bölümlərində film personajının dili ilə vəkillik peşəsinə dair bəzi xoşagəlməz ifadələri işlədilmişdir. Sözügedən ifadələrin işlədilməsi cəmiyyətdə vəkillik peşəsinə, həmçinin Vəkillər Kollegiyasının nüfuzuna təsirsiz ötüşməyərək vəkillərimizə qarşı mənfi fikir formalaşmasına xidmət etmək gücündədir. Odur ki, vəkillərimizin haqlı narazılığını başa düşür və onlara vəkillik peşəsinin xüsusi özəlliklərindən biri olan səbir nümayiş etdirməyi xahiş edirik.

Pravda.az xəbər verir ki, bu barədə Kollegiya məlumat yayıb.

Qeyd olunub ki, İTV kanalının “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı səslənən fikirləri hər hansı bir maneə olmadan efirə verməsi “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci, 39.1.3-cü maddələrinin tələblərinin pozulması deməkdir. Belə ki, Qanunun 14.1.6-cı maddəsinə görə, mediada dərc olunan və (və ya) yayımlanan informasiyada əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir. Həmçinin, Qanunun 14.1.7-ci maddəsinə görə, mediada dərc olunan və (və ya) yayımlanan informasiyada şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir.

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.5-ci maddəsinə görə audiovizual media olaraq, Qanunun 39.1.3-cü maddəsinə əsasən, Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət etmək kimi vəzifəsi mövcuddur.

Bildirmək istərdik ki, qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən qanunauyğun addımlar atılacağı qərara alınmış və yaxın zamanda Azərbaycan Respublikasının Audiovizual Şurasına, İctimai Televiziya və Radio Yayımları Şirkətinə və zərurət yarandığı təqdirdə digər qurumlara müvafiq müraciətlər ediləcəkdir. 

Bir daha hər kəsdən xahiş edirik ki, vəkilliyə qarşı münasibətdə etik normalara riayət edilsin, qeyri-etik, əxlaqdan kənar ifadələr işlədilməsin. Əks halda tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcəkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see138

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see137

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see132

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see131

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see129

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see127

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see124

Zelenski mayın 9 da hara gedəcək?

17 Aprel 2025 12:36see123

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see122

Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular ARAŞDIRMA

17 Aprel 2025 15:03see122

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see122

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see117

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see115

Qəzzadan təcili humanitar yardım çağırışı

18 Aprel 2025 05:33see115

Azərbaycan çempionatında möhtəşəm qol Video

18 Aprel 2025 18:24see115

Tramp Baydenin tənqidlərinə cavab verib

17 Aprel 2025 00:32see115

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

17 Aprel 2025 21:53see115

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

17 Aprel 2025 09:52see115

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

17 Aprel 2025 20:25see113

Çayların həcmində artım davam edir

17 Aprel 2025 11:22see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri