Volodimir Zelenski: Sülh dövründə Ukrayna rəhbərlik etmək niyyətində deyiləm
Azertag saytına istinadən Icma.az xəbər verir.
Kiyev, 25 sentyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, sülh dövründə ölkəyə rəhbərlik etmək niyyətində deyil.
AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti bu barədə “Axios” nəşrinə müsahibəsində bildirib.
“Mənim məqsədim seçkiləri davam etdirmək yox, müharibəni bitirməkdir”, - deyə Zelenski əlavə edib.
Zelenski, həmçinin atəşkəs əldə olunarsa, Ukrayna parlamentindən seçkilərin təşkilini xahiş edəcəyinə söz verib. Bununla belə, o hesab edir ki, mövcud təhlükəsizlik vəziyyəti və Ukrayna Konstitusiyası müəyyən problemlər yaradır.
Buna baxmayaraq, Zelenski seçkilərin mümkünlüyünə inanır.
Prezident başa düşür ki, insanlar uzunmüddətli sülhə nail olmaq üçün vacib qərarları qəbul edəcək “yeni mandata malik lider” istəyə bilər.
"Atəşkəs zamanı düşünürəm ki, təhlükəsizlik seçkilərin keçirilməsini mümkün edə bilər. Bu, mümkündür", - deyə Zelenski bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 25 Sentyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















