Icma.az
close
up
RU
Vyana Konservatoriyasının azərbaycanlı məzunu fəxri mükafata layiq görülüb AZƏRTAC

Vyana Konservatoriyasının azərbaycanlı məzunu fəxri mükafata layiq görülüb AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vyana, 27 noyabr, AZƏRTAC

Avstriyada yaşayan bəstəkar, musiqi nəzəriyyəçisi və etnomusiqişünas Aria Torkanbouri magistr təhsilini başa vurduğu Vyana Musiqi və Təsviri İncəsənət Universitetinin (MDW) 2024-cü il üzrə fəxri elmi mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, magistr işini Azərbaycan aşıq sənəti barədə yazan A. Torkanbouriyə bu mükafat elmi işin keyfiyyəti, eləcə də təhsil müddətindəki göstəriciləri və nailiyyətlərinə görə təqdim edilib.

Qeyd edilməlidir ki, azərbaycanlı musiqişünas almandilli ali təhsil müəssisələri arasında etnomusiqişünaslıq üzrə magistratura pilləsində təhsilini bitirən ikinci şəxs, MDW tarixində isə bu mükafata layiq görülmüş ilk etnomusiqişünasdır. 2023-cü ildə universiteti fərqlənmə ilə bitirən 153 məzunu arasından məhdud sayda şəxs bu yüksək mükafatla (əla qiymətlərdən də üstün nəticə) təltif edilib.

Hazırda Aria Torkanbouri həmin universitetdə tarixi musiqişünaslıq ixtisası üzrə “Dayanıqlılıq harmoniyaları: İspan qripi pandemiyası dövründə (1918-1920) Azərbaycan musiqisinin emosional boyutları” adlı elmi mövzuda Avropa İttifaüı və Avropa Araşdırmalar Şurasının təsis etdiyi “GOING VIRAL. Music and Emotions during Pandemics (1679-1919)” layihəsində pre-doktoral tədqiqatçı olaraq təhsilini davam etdirir.

Eyni zamanda, Aria Torkanbouri Azərbaycan, Böyük Britaniya, Almaniya, Avstriya, Yeni Zelandiya, ABŞ, Litvada keçirilən fərqli beynalxalq elmi konfranslarda məruzə söyləyib. O, həmçinin bu il sentyabrın 18-dən 22-dək Bakıda Azərbaycan Milli Konservatoriyasında UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Qədim mirasın əks-sədaları: musiqi və rəqs irsinin öyrənilməsi” adlı birgə simpoziumunda iştirak edib, əvvəlki araşdırmaları və hazırda apardığı tədqiqatlarla bağlı çıxış edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see198

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see198

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see193

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see158

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see140

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see134

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see133

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see129

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see123

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri