Xamenei: “İsrail harada qalib olub?” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün İranın ali rəhbəri Əli Xamenei şairlərlə görüşündə Əsəd rejiminin süqutunu, eləcə də Həsən Nəsrullahın ölümünü qəbul etməyərək deyib ki, İsrail özünü qalib kimi göstərir.
KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim News” nəşri yazıb.
“İsrail harada qalib olub? Qəzzada qalib gələ bilib? HƏMAS-ı məhv edib? Hizbullahı məhv etmək istədiyini açıqladı, Həsən Nəsrullahı öldürdü, amma Nəsrullahın ruhu yaşayır. HƏMAS ayaqdadır. İsrail qalib deyil, məğlubdur”, – deyə Xamenei vurğulayıb.
İranın dini rəhbəri Suriyadakı hadisələrə də toxunaraq bildirib ki, İsrail orada da qələbə qazanmayıb və Suriyanın cəsur və qeyrətli gəncləri onları bu ölkədən qovacaq.
KONKRET.az

“İsrail məhv ediləcək” Xamenei
22 Dekabr 2024 18:05
Xamenei: “İsrail özünü qalib kimi göstərir” VİDEO
22 Dekabr 2024 17:12
ŞOK: ABŞ və İsrail HƏRƏKƏTƏ KEÇDİ: XAMENEİ BELƏ VURULACAQ KONKRET
17 İyun 2025 13:19
İsrail liderləri edam edilməlidir Xamenei
25 Noyabr 2024 12:47
Xamenei: İsrail sərt şəkildə cəzalandırılacaq
13 İyun 2025 10:35

