Icma.az
close
up
RU
Xaricə uçacaq balaca it üçün BÖYÜK XƏRC: Pasport etibarsız, analiz 610 manat

Xaricə uçacaq balaca it üçün BÖYÜK XƏRC: Pasport etibarsız, analiz 610 manat

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İstirahətə getmək üçün ev heyvanını özü ilə aparmaq istəyən vətəndaş qarşılaşdığı çətinliklər və baha qiymətlərdən narazı qalıb.

Oxu.Az xəbər verir ki, vətəndaşın şikayət etdiyi əsas məsələlərdən biri itin uçuş bileti və qan analizi üçün tələb olunan rüsumların hədsiz yüksək olmasıdır.

"İstirahətə gedəndə balaca "Maltipoo" cinsindən olan, üçkiloluq və beşaylıq ev itimizi də özümüzlə aparmaq istədik. Əvvəlcə biletlərə baxdıq, qiymət 75 avro idi. Çarəsizlikdən razılaşdıq, amma bunu daha ucuz etmək olardı", - deyə o bildirib.

Vətəndaşın sözlərinə görə, sənədlərin hazırlanması zamanı əlavə problemlərlə də qarşılaşıblar. Belə ki, ev heyvanı üçün pasport əldə etdikdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) təsdiq prosesi zamanı məlum olub ki, özəl veterinar klinikadan alınan pasport etibarsız hesab olunur:

"Dedilər ki, Qida Təhlükəsizliyi Agentliyində təsdiqlənməlidir. Getdik oraya və məlum oldu ki, bizim veterinar klinikasından aldığımız pasport etibarsızdır. Əgər belədirsə, o zaman niyə klinikalara belə bir icazə verilir?"

Ən çox təəccüb doğuran məsələ isə qan analizinin yalnız Qida Təhlükəsizliyi İnstitutunda aparılması və bu xidmətin 610 manat dövlət rüsumu ilə həyata keçirilməsi olub.

Vətəndaş hesab edir ki, bu cür proseslər daha şəffaf və əlçatan şəkildə təşkil olunmalı, vətəndaşların əlavə maddi və inzibati çətinliklərlə üzləşməsinin qarşısı alınmalıdır.

Məsələni araşdırmaq üçün aidiyyəti qurumlara sorğular ünvanladıq.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, it, pişik və digər ev heyvanlarının xarici ölkəyə aparılması AQTA-nın regional bölmələrinin təqdim etdiyi baytarlıq sertifikatı və baytarlıq pasportu vasitəsilə həyata keçirilir.

"Baytarlıq pasportunda heyvanda quduzluğa və digər xəstəliklərə qarşı aparılmış vaksinasiya, müalicə-profilaktika tədbirləri öz əksini tapmalıdır.

Bir sıra ölkələrin baytarlıq tələblərinə əsasən, xaricə aparılacaq ev heyvanlarının bəzi xəstəliklər üzrə qan nümunələri götürülməlidir. Xüsusilə Avropa ölkələri, Türkiyə və Gürcüstana aparılan heyvanlardan üç ay əvvəlcədən və son quduzluq peyvəndindən ən azı 30 gün sonra qan nümunələri götürülərək müayinəsi aparılmalıdır.

Laborator və müvafiq sənədlərin verilməsi üçün nəzərdə tutulan dövlət rüsumları isə AQTA tərəfindən müəyyənləşdirilmir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hazırda tətbiq olunan rüsumlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği"nə əsasən müəyyən edilir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, qüvvədə olan daşınma qaydaları aviaşirkətin rəsmi internet səhifəsində yerləşdirilib və sərnişinlər istənilən vaxt müvafiq linkə keçid edərək bu qaydalarla tanış ola bilərlər.

"AZAL-ın qüvvədə olan daşınma qaydalarına əsasən, diri heyvanlar aşağıdakı şərtlər təmin edildikdə daşınmaya qəbul edilir:

- Daşıma ərazisindən, ərazisinə və ya ərazisindən keçməklə daşımanın həyata keçirildiyi ölkənin tələblərinə zidd deyil (TIM/TIMATIC; ІATA-nın tövsiyələri);

- Sərnişin ərazisindən, ərazisinə və ərazisindən keçməklə daşıma həyata keçirilən istənilən ölkənin baytarlıq orqanları tərəfindən tələb olunan zəruri sertifikatları, icazələri və digər sənədləri təqdim edir;

- Diri heyvanlar sağlam, təmiz, sakitdir və boğaz deyil;

- Diri heyvanlar müvafiq heyvan növü üçün ІATA tövsiyələrində nəzərdə tutulmuş xüsusi kip bağlanan konteynerlərdə daşınır;

- Sərnişin heyvanın daşınması xərcini ödəmişdir;

- Sərnişin daşıdığı diri heyvan/heyvanlar üçün bütün məsuliyyəti öz üzərinə götürür və diri heyvan/heyvanlar daşıdığına görə məsuliyyət haqqında Bəyannaməni doldurmuşdur.

Bildiririk ki, yuxarıda qeyd olunan şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin, o cümlədən beynəlxalq sənədlərin tələbləri nəzərə alınaraq tərtib edilib və uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır.

Xüsusilə qeyd etmək istərdik ki, yuxarıda göstərilən şərtlərdən biri də sərnişinin heyvanın daşınması zamanı uçuşun başlandığı, çatdığı və tranzit keçdiyi ölkələrin baytarlıq orqanları tərəfindən tələb olunan zəruri sertifikatları, icazələri və digər sənədləri təqdim etməsidir. AZAL-ın uçduğu hər bir ölkənin öz baytarlıq orqanları mövcuddur və həmin ölkələr heyvanların daşınmasına dair tələbləri müəyyən edir. AZAL daşıyıcı kimi yalnız bu tələblərə cavab verən heyvanları daşımaya qəbul edir. Qeyd olunanlar onu təsdiq edir ki, sözügedən heyvanın daşınmasına maneçilik törədən əsas səbəblər nə AZAL, nə də AQTA tərəfindən müəyyən edilib.

Ev heyvanlarının daşınması üzrə tariflərin müəyyən edilməsi məsələsinə gəldikdə isə qeyd etmək istərdik ki, həmin tariflər bir sıra meyarlara əsaslanır. Bunlara heyvanın və konteynerin çəkisi, konteynerin ölçüləri, uçuş məsafəsi və heyvanın yerləşdirilmə üsulu (sərnişin salonunda və ya baqajda daşınması) daxildir.

Bununla bərabər, onu da diqqətə çatdıraq ki, diri ev heyvanlarını daşımaq istəyən sərnişinlər uçuşdan ən azı 24 saat əvvəl aviaşirkətə məlumat verməlidirlər", - deyə məlumatda vurğulanıb.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyul 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see279

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see256

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see251

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see207

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see141

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see131

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see131

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see126

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see121

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see121

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see119

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri