Xəzər dənizinin çirklənməsinin yeni mənbələri aşkarlandı
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya alimləri müəyyən ediblər ki, mürəkkəb atmosfer sirkulyasiyası prosesləri nəticəsində uzaq sənaye mərkəzlərindən havaya atılan çirkləndirici maddələr Xəzər dənizinə daxil ola bilər.
Gununsesi.info xəbər verir ki, bu araşdırmanı Rusiya Elmlər Akademiyasının A.O.Kovalevski adına Cənub Dənizlərinin Biologiya İnstitutunun (InBYUM) Federal Araşdırmalar Mərkəzinin elmi işçisi Vladimir Tabunşik bildirib.
“Biz Xəzər dənizinə axan çay hövzələrini öyrənmək üçün məsafədən monitorinq alətlərindən istifadə edirik. İşlər avqustda başlayıb, lakin artıq ilkin məlumatlar var. Məsələn, iki xarici çayın hövzəsi ərazisində havanın nəzərəçarpacaq dərəcədə daha çox çirkləndiyini aşkar etmək mümkün olub. Üstəlik, çirklənmə mənbəyi bu ərazidə deyil, Xəzərin sahilindən uzaqda – sənaye mərkəzlərində yerləşir ki, onlar da əvvəlcədən müəyyən edilib”, – Tabunşik qeyd edib.
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 04 Noyabr 2024 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















