Icma.az
close
up
RU
Xəzər rayonunda “Azərişıq” ASC nin yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilib FOTOLAR

Xəzər rayonunda “Azərişıq” ASC nin yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilib FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 Xəzər rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10-cu il dönümü münasibəti ilə tədbir keçirilib.
    "Unikal" xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Xəzər rayon və Zirə Enerji Təchizatı və Satışı İdarələrinin əməkdaşları iştirak edib.
    Tədbir iştirakşıları əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
    Mərdəkan qəsəbəsi “Abşeron” sanatoriyasının konfrans zalında davam edən tədbirdə önçə “Azərişıq” ASC-nin 10 il ərzində gördüyü işlər və əldə etdiyi nailiyyətlərə dair hazırlanmış film nümayiş olunub.
    Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, “Azərişıq” ASC-nin yaranmasının 10-cu il dönümü münasibətilə sədr Vüqar Əhmədov başda olmaqla cəmiyyətin bütün əməkdaşlarını, eyni zamanda Xəzər rayon və Zirə Enerji Təchizatı və Satışı İdarələrinin işçilərini təbrik edib. Rayon rəhbəri Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi fəaliyyəti nəticəsində ölkənin elektrik enerjisi sisteminin daim inkişafını, həmçinin fasiləsiz, keyfiyyətli və dayanıqlılığını təmin etmək məqsədi ilə bir sıra irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayıb. Həmçinin bildirib ki, artıq bu gün ölkəmiz elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödənilməsinə nail olub və bununla yanaşı elektrik enerjisi ixrac edən ölkələr sırasındadır.
    E. Salahov eyni zamanda cənab İlham Əliyevin rəhbərliyi altında “Azərişıq” ASC tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda da lazımi yenidənqurma və bərpa işlərinin həyata keçirildiyini vurğulayaraq, Qarabağ və Şərqi Zəngəzurun dağıdılmış elektrik şəbəkələrinin tamamilə yenidən qurulduğunu, yeni salınan şəhər və qəsəbələrin işıqlandırılması üçün ən müasir avadanlıqlardan istifadə edilməklə yeni güc mərkəzlərinin yaradıldığını, görülən bütün işlərin isə Baş Plana əsasən aparıldığını qeyd edib.
    Tədbirdə çıxış edən Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ramil Məmmədov və Zirə Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Anar Abdullayev “Azərişıq” ASC-nin fəaliyyəti dövründə görülən iri miqyaslı işlər, eyni zamanda qarşıda duran hədəflər barədə danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu sahəyə göstərilən diqqət və qayğıya görə əməkdaşlar adından minnətdarlığını bildiriblər.
    Tədbirdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10-cu il dönümü münasibətilə və səmərəli fəaliyyətinə görə” Xəzər rayon və Zirə Enerji Təchizatı və Satışı İdarələrinin bir qrup əməkdaşı Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən “Fəxri Fərman” və ”Təşəkkürnamə” ilə təltif olunublar.
    Sonda xatirə şəkili çəkilib. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Fevral 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri