Icma.az
close
up
RU
Xəzər sularında “sakit savaş”: Rusiya və İranın birgə təlimi Bakıya mesajdır

Xəzər sularında “sakit savaş”: Rusiya və İranın birgə təlimi Bakıya mesajdır

Icma.az, Sherg.az saytına istinadən bildirir.

“Kreml göstərmək istəyir ki, Xəzər dənizi onun nəzarət zonasıdır və burada təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmaq gücündədir”



İyulun 21-dən etibarən İranla Rusiya arasında Xəzər dənizində birgə dəniz xilasetmə təlimləri (CASAREX 2025) keçiriləcək. “Təhlükəsiz və etibarlı Xəzər dənizi üçün birlikdə” şüarı altında baş tutacaq təlimdə ordu və SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin, İranın Polis Komandanlığının, Rusiya Hərbi Dəniz Qüvvələrinin və Xəzər dənizi ölkələrindən olan müşahidəçilərin iştirakı nəzərdə tutulub. Təlimin məqsədinin dəniz təhlükəsizliyini təşviq etmək, o cümlədən Xəzər dənizi ilə həmsərhəd ölkələrin hərbi-dəniz qüvvələri arasında qarşılıqlı əlaqələrini artırmaq olduğu deyilir.


Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, adı “xilasetmə” olsa da, CASAREX 2025 təlimləri hazırkı mərhələdə heç də sadə bir məsələ deyil. Ekspert vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətlərinin gərginləşdiyi, iki ölkə arasında güvənin ciddi şəkildə aşındığı bir dövrdə aydın məsələdir ki, bu, Kremlin Bakıya simvolik mesajıdır:

 "Məsələn, təlimlərdə "Xəzər dənizi ölkələrindən olan müşahidəçilərin iştirakı nəzərdə tutulub" deyərək Moskva diplomatik tərzdə “açıq qapı” mesajı verir. Yəni Bakı istəsə, təlimlərə qatıla bilər. Lakin digər tərəfdən bu ifadə qeyri-müəyyəndir və belə açıqlamalar həm hərbi təzyiq effekti yaradır, həm də iştirak etməyənləri təcrid olunmuş göstərmək məqsədi daşıyır. Rusiya ilə İranın Xəzər dənizində hərbi-təlim əməkdaşlığını gücləndirməsi, xüsusilə də Azərbaycanın bu prosesdə yalnız müşahidəçi statusunda yer alması, Moskva və Tehranın Bakıya dolayı şəkildə “siyasi xəbərdarlığı” kimi də oxuna bilər. İran detalı burada daha çox diqqət çəkir. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumu çərçivəsində İranın “Mehr” agentliyinə müsahibəsində deyib ki, Tehranla Bakı arasında münasibətlər çox yaxşı səviyyədədir, İranla münasibətlərimiz əladır və bu əlaqələr davam edəcək". İranla Azərbaycan arasında həqiqətən də son zamanlar normallaşma müşahidə edilir. Xüsusilə bu məsələdə Prezident Məsud Pezeşkianın həvəsli olması diqqət çəkir. Amma hər zaman dediyim kimi, İranda güc mərkəzi bir deyil. Ona görə daxili və xarici siyasət elə də sadə şərhlərlə izah edilə bilməz. Lakin məhz bu kontekstdə İranla birgə keçirilən CASAREX 2025 təlimi bir növ Moskvanın Bakıya cavabı kimi şərh edilə bilər".


Analitikə görə, Kreml göstərmək istəyir ki, Xəzər dənizi onun nəzarət zonasıdır və burada təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmaq gücündədir:

 "İran isə həm Zəngəzur dəhlizi məsələsində, həm də Azərbaycanın İsraillə münasibətlərinə görə Rusiyanın təsirinə tez düşə bilir. Moskva həm də demək istəyir ki, bu təlim sadəcə texniki əməkdaşlıq deyil, bölgənin iki narazı aktorunun Bakıya yönəlik dolayı koordinasiyasıdır. Son aylarda Rusiya rəsmilərinin, media və hərbi dairələrinin Azərbaycanla bağlı ritorikasında qabarıq şəkildə sərtləşmə müşahidə olunur. İstər Qərbə inteqrasiya cəhdləri, istərsə də Ukrayna məsələsində Bakının prinsipial və açıq mövqeyi Kremlin narazılığını artırıb. Azərbaycan Prezidenti İlham Əliyevin yenə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırarkən “Ukrayna xalqına məsləhətim budur ki, heç vaxt işğalla barışmayın” deməsi Rusiyanın siyasətinə birbaşa zərbə kimi qəbul olundu. Moskva üçün bu, Azərbaycan tərəfindən Ukraynaya mənəvi və siyasi dəstəyin açıq şəkildə nümayişidir. Əslində, məsələ müəyyən mənada belədir. Rusiya ilə müharibə vəziyyətində olan bir dövlətə bu şəkildə açıq çağırış etmək, Bakının daha əvvəl ehtiyatla saxladığı balansın dəyişdiyini göstərir. Şübhəsiz, hazırda CASAREX 2025 təlimi Azərbaycan və onun müttəfiqləri tərəfindən diqqətlə izlənilir. Rəsmi Bakı belə addımlara qarşı çox vaxt səbirli və diplomatik ritorika ilə cavab verir. Amma bu, yaranan riskləri görmədiyi və ya buna qarşı cavab planlarının olmadığı mənasına gəlmir. Əksinə, Azərbaycan Xəzər dənizində sabitliyin zərər görməsini istəmir, lakin balansın pozulmasına da razı ola bilməz".


T.Rzayev vurğulayıb ki, Rusiya Azərbaycanın tək qalması təsəvvürünü yaratmağa çalışır: 

"Təlimdə Qazaxıstanla Türkmənistanın iştirak forması və səviyyəsi də buna işarədir. Yəni Moskva göstərmək istəyir ki, Xəzərdə “birlik” var və orada Azərbaycan marjinal görünür. Bakı buna cavab olaraq Türkiyə ilə strateji koordinasiyanı artıra bilər. Çünki Ankara üçün də Xəzərin sabitliyi önəmlidir. Türk Dövlətləri Təşkilatının genişlənməsi və Orta Dəhliz layihələrinin uğuru məhz bu bölgədəki sabitliyə bağlıdır. Türkiyə həm NATO üzvü, həm də Türk dünyasının aparıcı gücü kimi Rusiya-İran tandeminin bu cür təlimlərinə laqeyd qala bilməz.

Ankaranın cavabı birbaşa hərbi ola bilməz, amma Xəzər dənizində Bakı ilə ikitərəfli hərbi-texniki əməkdaşlığı gücləndirə, ortaq manevrlər planlaya bilər. Daha dəqiq desək, Xəzər dənizində Azərbaycanın Türkiyə ilə birgə 2021-ci ilin sentyabrında keçirilən “Sarsılmaz qardaşlıq – 2021” təlimlərinə bənzər bir hərbi təlim keçirməsi mümkündür. Hətta vəziyyətdən asılı olaraq Türk F-16-ları da təlimlərdə iştirak edə bilər. Bu həm Tehrana, həm də Kremlə effektiv bir cavab olar. Həmçinin Azərbaycan uzun müddət Xəzər dənizini qeyri-NATO, qeyri-baza bölgəsi kimi qorumağa çalışıb. Lakin Rusiya və İranın bu formatda təlim keçirməsinə cavab olaraq Bakı da bu və ya başqa formada gələcəkdə digər aktorların da hərbiləşmə niyyətlərini legitimləşdirə biləcəyi mesajını verməlidir. Bu istiqamətdə ABŞ, Çin və NATO rəsmiləri ilə fərqli formatlarda görüşlər keçirilə bilər. CASAREX 2025 təlimləri, Kremlin Bakı ilə bağlı artan narazılığının bölgədə fiziki gücə çevrilmə ehtimalının ilk zəif siqnalıdır. Lakin bu da Bakının gözünü qorxutmaq üçün kifayət deyil. Azərbaycan daha çevik, ağıllı və möhkəm ittifaqlarla mövqeyini möhkəmləndirib. Bu mənada Prezident Əliyevin “heç vaxt işğalla barışmayın” çağırışı təkcə Ukraynaya yox, əslində, Rusiya təsirində olan, ondan çəkinən ölkələrə bir xatırlatmadır". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyul 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri