Icma.az
close
up
RU
Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən REPORTAJ

Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən REPORTAJ

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Novruzun gəlişinin ilk müjdəçisi Xıdır Nəbi bayramıdır (Xızır Nəbi bayramı kimi də tanınır – red.). Bu bayram qərb bölgəsində fevralın 10-dan 11-nə keçən gecə qeyd olunur. Kiçik çillənin sonuncu ongünlüyü bitdikdən sonra yazın müjdəçisi olan Xıdır gecələri başlayır və bir neçə gün davam edir. Əfsanəyə görə, peyğəmbər Xıdır Nəbinin adı ilə bağlı olan həmin gecə yazın gəlişinin ilk müjdəçisi olduğundan yüz illərdir hər il eyni tarixdə sakinlər tərəfindən bayram gecəsi kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, Tovuzun Yuxarı Öysüzlü kəndinin sakinləri yüzilliklərdən bəri gələn özünəməxsus tarixi adət-ənənələrini bu günədək yaşadırlar. Ölkəmizdə baharı ən erkən məhz bu kəndin sakinləri qarşılayırlar desək, yanılmarıq. Hər il fevralın 10-dan 11-nə keçən gecəyə təsadüf edən “Xıdır gecəsi”, “Xıdır bayramı” bütün kənd əhalisi tərəfindən qeyd olunur. Artıq bu mərasimi ənənə halına salan sakinlərə ətraf kəndlərdən də qoşulanlar olur. Onlar Xıdır Nəbi bayramını yaşadıqları kənddə deyil, məhz Yuxarı Öysüzlüdə qeyd edirlər. Sakinlər bayramı inanc yeri olan Xan çinarının ətrafına toplaşıb, tonqal yandırmaqla və ağac dibinə şamlar düzməklə keçirirlər. Həmçinin evlərdə şirniyyatlar bişirilir, həyətlərdə tonqallar yandırılır. Bu bayramın özəlliklərindən biri də odur ki, gecə məhz Xıdır Nəbinin simvolu olan qovud bişirilir. Yuxarı Öysüzlü sakinləri qovud adlanan şirniyyat hazırlayırlar.

Kəndin 80 yaşlı sakini Tamara Namazova deyir ki, Xıdır Nəbi bayramına hər il xüsusi hazırlıq işləri görürlər. Evlər təmizlənir, qapı-baca süpürülür, yaz işlərinə başlanılır. "Xıdır Nəbi yazın, Novruzun gəlişindən xəbər verir. Bu bayramda əsas hazırladığımız şirniyyat qovutdur. Buğda və qarğıdalı unu, şəkər tozu və bəkməzdən hazırlayırıq. Bu, bizim qədim ənənəmizdir", - deyə T.Namazova bildirib.

Tədqiqatçıların fikrincə, əvvəllər Xıdır Nəbi bayramında ayinlər belə bir deyimlə başlayırmış:

Mən Xıdırın quluyam,

Boz atının çuluyam.

Atının arpasıyam,

Ayağının nalıyam!

Hazırlanan qovud şirniyyatına isə gün çıxana qədər heç kəs toxuna bilməz. Çünki inanca görə gecə xeyir-dua paylayan Xıdır Nəbi boz atı ilə gəlir, qamçısı ilə qovuta toxunur və payını götürür. Səhər qovutu yoxlayan insanlar Xıdır Nəbinin qamçısının izini axtarırlar, izi görəndə xoşbəxt olurlar. Bu, həmin evin Xıdır Nəbinin xeyir-duasını əldə etdiyini göstərir. Ailə üzvləri qovutu öz aralarında paylaşır və yeyirlər.

İnanca görə, bu gündən sonra qışın məşəqqətləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur. Mifoloji qəhrəman Xıdır Nəbi bərəkət paylayır. Xıdır Nəbi gecələrinin bayram edilməsi, həm də günlərin uzanması, havaların nisbətən isinməsi, yazın gəlişinin hiss olunması ilə bağlıdır. Elə buna görə də insanlar bir-birini Xıdır Nəbi bayramı münasibətilə təbrik edir, yaz fəslinə, bayramlara hazırlıqlar başlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Fevral 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri