“Xırda anlaşılmazlığa görə Tovuz azarkeşlərindən üzr istəyirəm”
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 19-cu turunda "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xırda anlaşılmazlığa görə də Tovuz azarkeşlərindən üzr istəyirəm. Futbolda belə şeylər hərdən baş verir. Fanatlar var olsunlar. Oyunlar azarkeşlər ilə gözəldi. Çətin qarşılaşma oldu. Rəqibin əsas müdafiəçilərinin olmaması bizim üstünlüyümüz idi. Uşaqları matça yaxşı kökləmişdik. Şükürlər olsun ki, görüşün sonuna kimi mübarizə apara-apara qalib gəldik. Futbolçular meydançada istədiklərimizi həyata keçirə bildilər. Onları təbrik edirəm. Gəncədən təşrif buyuran öz azarkeşlərimizə də minnətdaram. Qələbədə payları var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Yanvar 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















