Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Xırdalanda yeniyetmə oğlan dayısı oğlunu bıçaqladı TƏFƏRRÜAT

Xırdalanda yeniyetmə oğlan dayısı oğlunu bıçaqladı TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonunda 2007-ci il təvəllüdlü Teymur şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı dayısı oğlu Rasimə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 1 aprel 2024-cü ildə Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində baş verib. 
Teymur həmin gün saat 13:00-da fərdi yaşayış evinin qarşısında qohumluq münasibətlərində olduğu dayısı oğlu Rasimin onun anasının ünvanına nalayiq ifadələr işlətməsi ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaq ilə qəsdən onun döş qəfəsindən bir dəfə vurub. 
Hadisəni törədən Teymurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, aprelin 1-də, səhər saatlarında qardaşı ilə birlikdə dayısı oğlu Rasimin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Sətdar Bəlulzadə küçəsində  yerləşən fərdi tikili evinə gedib: “Orada olan zaman Rasim anamın ünvanına nalayiq ifadələr işlətdi. Bu səbəbdən aramızda sözlü mübahisə yarandı. Həmin vaxt qardaşım bizi sakitləşdirdi və biz  həmin evdən çıxaraq getdik. Özüm və ailə üzvlərimlə birlikdə müxtəlif metalları zibillikdən toplayırıq. Rasimin evindən çıxdıqdan sonra onun evinin yaxınlığında olan zibillikdə metal axtaran zaman, sarı rəngli tutaçağı olan bir ədəd mətbəx bıçağını tapdım. Həmin bıçağı götürərək əynimdə olan şalvarın sol yan cibinə yerləşdirdim. Bıçağı götürməyimin səbəbi gələcəkdə yerdən tapacağım, naqillərin üzərində olan üzlüyü təmizləmək üçün istifadə etmək olub”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün saat 13:00-da qardaşı Muradla birlikdə Rasimin evinin qarşısından keçən zaman, Rasim yaşadığı evin qapısının qarşısında dayandığını görüb: “Rasim məni görən zaman yenidən mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətməyə başladı. Aramızda sözlü mübahisə yarandı. Rasim üzərimə gəldi və məni vurmaq istədi. Mən də əsəbləşərək cibimdə olan bıçağı çıxardım və bir dəfə həmin bıçaqla Rasimin qarın nahiyəsindən vurdum. Daha sonra bıçağın üzərində qan olduğunu gördüm və qorxdum. Qaçaraq oradan uzaqlaşdım”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Rasimin sözlərinə görə, aprelin 1-də, səhər saatlarında bibisi uşaqları – Murad və Teymur onun yaşadığı evə qonaq gəliblər: “Mən sərxoş olduğumdan Teymurla aramızda sözlə mübahisə baş verdi. Sonra bizi sakitləşdirdilər. Teymur qardaşlı ilə getdilər. Təxminən 10-15 dəqiqədən sonra siqaret çəkmək üçün evin qarşısına çıxdım. Mən həmin vaxt küçədə içkili vəziyyətdə olmuşam. Spirtli içki qəbul etmişdim. Küçədə olan zaman bibim oğlunu gördüm. Mən Teymuru vurdum, onun anasını söydüm. Ağzıma gələni danışdım. Həmin vaxt Teymur zibillikdən bıçaq götürərək məni vurdu. Mən vurulduqdan sonra yerə yıxıldım. Daha sonra məni həkimə apardılar. Amma məni kimin həkimə apardığını bilməmişəm. Mənim doqquz övladım var. Xəstəxanada olan zaman Teymurla barışmışam. Mənə bir ədəd bıçaq zərbəsi vurulub. Xəstəxana xərcini özüm ödəmişəm. Teymurun ailə üzvləri zibillikdən metal yığmaqla məşğul olub. Ona görə də xəstəxana xərclərini ödəmək imkanları olmayıb. Mən içkili olduğum üçün Teymuru səbəbsiz yerə söymüşəm”. 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Teymur 8 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Aprel 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri