Icma.az
close
up
RU
“Xocalı soyqırımını törədənlər gec tez ədalət qarşısında cavab verəcəklər” İlham İsmayılov

“Xocalı soyqırımını törədənlər gec tez ədalət qarşısında cavab verəcəklər” İlham İsmayılov

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan tarixində ən faciəvi, ən qanlı səhifələrdən biri olan Xocalı Soyqırımı təkcə xalqımızın deyil, bütün bəşəriyyətin yaşadığı ən dəhşətli cinayətlərdən biridir.1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərinə qarşı çıxaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının birbaşa iştirakı ilə Xocalı şəhərinə hücum etdilər və dinc əhalini vəhşicəsinə qətlə yetirdilər.

Bu təcavüz nəticəsində amansızlıqla qətlə yetirilmiş 613 nəfərin arasında qadınlar, uşaqlar və yaşlı insanlar olmuşdur. 1275 nəfər əsir götürülmüşdür, 150 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır.

Ermənilər Xocalını yerlə-yeksan etdilər, tarixi və mədəni abidələrimizi tamamilə məhv etdilər.

Ermənistan uzun illərdən bəri Azərbaycana qarşı etnik təmizləmə siyasətini həyata keçirməyi planlaşdırırdi. Və bu xalqımıza qarşı törədilən ən dəhşətli təcavüzlərdən biri oldu.

Bu qanlı faciəyə ilk hüquqi-siyasi qiyməti Ümummilli lider Heydər Əliyev verdi. O bu faciənin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq hüquqi qiymət alması üçün mühüm addımlar atmışdır.

2020-ci ildə 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 ildən sonra ermənilərin vəhşiliyinin izi qalmış torpaqlarımızı işğaldan xilas etdi. Qazanılan şanlı Zəfərlə bütün şəhidlərimizin, düşmən tərəfindən başımıza gətirilən bütün müsibətlərin qisası alındı. Ölkəmizin ərazi bütövlüyü bərpa olundu. İnsanlar öz doğma yurdlarına qayıdaraq orada məskunlaşmağa başladılar.

Bizim təşkilatımız da, öz növbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilmiş “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşularaq uzun illər Avropanın siyasi mərkəzlərı olan Brüssel, Strasburq, Haaqa və digər şəhərlərdə Xocalı Soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir çox tədbirlər, konfranslar, mitinqlər, yürüşlər həyata keçirmişdir.

Bu gün qürurverici haldır ki, xalqla ordumuzun birliyi, qüdrətli olması bütün dünya ictimaiyyətinə bir daha isbat olundu.

Xocalı Soyqırımını törədənlər gec-tez ədalət qarşısında cavab verəcəklər!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ATXƏM İB-nin sədri
İlham İsmayılov

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 25 Fevral 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri