Icma.az
close
up
RU
Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb

Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Zaqreb, 12 sentyabr, AZƏRTAC

Xorvatiyada avqust ayının sonunda 192 mindən çox vətəndaşın bank hesabı ödənilməmiş borclar səbəbindən bloklanmış vəziyyətdə olub.

AZƏRTAC xəbər verir ki, Xorvatiyanın HRT telekanalı HINA agentliyinin məlumatına istinadla bildirib ki, avqustun sonuna ölkədə bloklanmış hesabı olan vətəndaşların sayı 192 min 196 nəfər təşkil edib.

Onların kreditorlar qarşısında əsas borc məbləği ümumilikdə 2,95 milyard avroya çatıb. Bu rəqəmə faiz və digər əlavə öhdəliklər daxil edilmədiyindən, borcluların faktiki maliyyə yükünün daha yüksək olduğu qeyd edilir.

Məlumata görə, borcluluq problemi yalnız fiziki şəxslərlə məhdudlaşmır. Avqustun sonunda Xorvatiyada 13,6 mindən çox hüquqi şəxsin və sahibkarlıq subyektinin də ödənilməmiş öhdəlikləri olub. Onların ümumi əsas borcu təxminən 413,5 milyon avro təşkil edib.

Bloklanmış hesablar üzrə statistika Xorvatiyada ev təsərrüfatlarının və biznesin maliyyə dayanıqlığı ilə bağlı mühüm göstəricilərdən biri hesab olunur. Hesabın bloklanması borcun məcburi qaydada tutulması proseduru çərçivəsində həyata keçirilir və borclunun hesabına daxil olan vəsait müəyyən qaydalarla kreditorların tələblərinin ödənilməsinə yönəldilir.

Son dövrdə enerji, mənzil, ərzaq və xidmət qiymətlərində artım əhalinin gündəlik xərclərini yüksəldib. Kredit ödənişləri və digər maliyyə öhdəlikləri ilə birlikdə bu vəziyyət bir sıra ailələrin büdcəsinə əlavə təzyiq yaradır.

Xorvatiya hökuməti inflyasiyanın və enerji qiymətlərinin təsirini yumşaltmaq məqsədilə müxtəlif dəstək mexanizmlərini davam etdirir. Bununla belə, borca görə hesabları bloklanan vətəndaşların sayının 192 mindən çox olması ev təsərrüfatlarının müəyyən hissəsinin maliyyə çətinlikləri ilə üzləşdiyini göstərir.

Hüquqi şəxslərin borcluluğu da biznes mühitinin vəziyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün enerji, əmək və maliyyələşmə xərclərinin yüksəlməsi likvidliyə əlavə təzyiq yarada bilər.

Xorvatiya Avrozonanın üzvüdür və ölkənin maliyyə sistemi Avropa Mərkəzi Bankının pul-kredit siyasətindən birbaşa təsirlənir. Buna görə faiz dərəcələri, inflyasiya və gəlirlərin dinamikası əhalinin və şirkətlərin borc yükünün gələcək inkişafına təsir göstərən əsas amillər sırasında qalır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri