Xoşqədəm Hidayətqızından Rəqsanəyə CAVAB: “Ata anamın yasına gəlmişdi ki, nəsə umur?!” VİDEO
Icma.az bildirir, Bizim media portalına istinadən.
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı müğənni Rəqsanə İsmayılovanın açıqlamasına cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Səni axtarıram”da danışıb. Aparıcı Rəqsanənin ondan inciməsi ilə bağlı səsləndirdiyi fikirlərə qarşı bunları söyləyib:
“Bu məsələyə münasibət bildirməmişdim, indi bildirirəm. Bir gün gördüm ki, müğənni Rəqsanə açıqlama verib ki, Xoşqədəmdən incimişəm, çətin günümdə zəng etmədi, ailəmin yanında olmadı. Əslində cavab verməyəcəkdim. Baxdım ki, bir-iki şərh var, yazıblar ki, onlar yaxşı gündə adama dost olurlar. Rəqsanə ilə veriliş çərçivəsində yaxın olmuşam, efirimə çıxıb, atasını axtarıb. Heç bir pis münasibətimiz olmayıb, normal olub.
Bir adam sual vermədi ki, ay Rəqsanə, sən Xoşqədəmin dağ boyda ata-anasının yasına gəldin? Apreldə anamı itirdim, iyunda atamı. Ola bilərdi, özü gələ bilmirdi, amma burada qohumu, qızı var idi, gələrdi. Onlar mənim valideynlərimin yasına gəlmişdi ki, məndən də nəsə umur? Buna baxmayaraq, onunla çalışan şəxslərə zəng edirdim ki, nə köməklik lazımdı?
Birincisi nə kömək ola bilər? Qanun-qayda var, vəkil tutmuşdular. Başqa nə kömək ola bilərdi? Yenə də onlara zəng etmişdim. Necə ki, Rəqsanə mənə instaqramda başsağlığı vermişdi, mən də köməyimi onlara bildirmişdim.
İndi hamıya sual verirəm, ata, ananızın, dağ boyda insanların yasına gəlməyənə necə olarsınız? Amma gördünüz, yenə mən onun kimi olmadım, yaxınlarına zəng etdim ki, mən buradayam. Ona görə də, bir-birinizin çətin günündə həmişə yanınızda olun”.
Sara, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 14 Yanvar 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















