Yağlarda aşkarlanan maddənin sağlamlığa zərərləri… KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkarlanıb.
KONKRET.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, laborator müayinələr zamanı yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi – 3-MCPD müəyyən edilib.
Qida eksperti Elsevər Fərzəliyev Baku TV-yə açıqlamasında bildirib ki, 3-MCPD maddəsi bitki yağlarının emalı zamanı texnoloji prosesin düzgün aparılmaması nəticəsində yarana bilər:
“Bu, qida çirkləndiricisidir və yağların tərkibində olması arzuolunan hal deyil. Emal texnologiyası normal şəraitdə aparılmalıdır ki, bu çirkləndirici əmələ gəlməsin”.
Ekspertin sözlərinə görə, yüksək temperatur da bu maddənin yaranmasına səbəb ola bilər. Belə ki, bəzi bitki yağlarının istehsalı zamanı xammalın yüksək temperaturda emalı nəticəsində yüksəkmolekullu birləşmələr parçalanır və yeni maddələr, o cümlədən qida çirkləndiriciləri əmələ gələ bilir.
Elsevər Fərzəliyev 3-MCPD-nin insan orqanizminə mənfi təsir göstərə biləcəyini, xüsusilə böyrək və qaraciyərin fəaliyyətinə, eləcə də kişilərin reproduktiv sisteminə təsir etdiyini bildirib:
“Bir çox hallarda əmələ gələn bu qida çirkləndiriciləri insan orqanizminin müəyyən orqanlarına mənfi təsir göstərir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 15 Avqust 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















