Icma.az
close
up
RU
“Yanımızda hər həftə bir gəmi vurulur” KONKRET

“Yanımızda hər həftə bir gəmi vurulur” KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Rostov şəhərində 12 azərbaycanlı dənizçinin olduğu “Consul” adlı gəmi 4 aydır çıxılmaz vəziyyətdə qalıb. Dənizçilər ərazidə gəmilərə davam edən dron hücumları səbəbindən gəmini tərk edə bilmədiklərini və təhlükə altında olduqlarını deyirlər.

KONKRET.az-ın məlumatına görə, kapitan Səbuhi Salahov “Bakupost”a bildirib ki, gəmi Rostova yük götürmək üçün gəlib və Moldovaya bir səfər edib. İkinci səfər zamanı isə əraziyə dron hücumları başlayıb və gəminin hərəkəti dayanıb.

“Rostova gəldik, buradan yük götürüb Moldovaya getməli idik. Bir səfər etdik. İkinci səfər zamanı gəmiləri vurmağa başladılar. Yollar bağlandı. Artıq 4 aydır gəmi Rostovda lövbərdədir”, – kapitan deyib.

Dənizçilər qeyd ediblər ki, gəmi Türkiyənin “Adler Gemiçilik” şirkətinə məxsusdur. Rəhbərlərindən biri azərbaycanlı Elman Mürsəlov, digəri isə Türkiyə vətəndaşı Müzeffer Salim adlı şəxsdir.


Gəmi heyəti uzun müddətdir maaşlarının ödənilmədiyini, telefonlarının bloklandığını və Azərbaycana qayıtmaları üçün onlara şərait yaradılmadığını deyirlər.

“Nə yol pulu verirlər ki, evə gedək, nə yemək pulu verirlər, nə də maaşlarımızı ödəyirlər. Maaşlarımızı alıb evə dönmək istəyirik. Yanımızda hər həftə bir gəmi vurulur. Hər saniyəmiz ölümdür. Aidiyyəti qurumlardan xahiş edirik ki, səsimizə səs versinlər”, – kapitan əlavə edib.

Onun sözlərinə görə, ərazidə olan bəzi gəmilərin heyətləri gəmi sahiblərinin razılığı ilə evlərinə göndərilib. Lakin onların çalışdığı şirkət tərəfindən bununla bağlı heç bir addım atılmayıb.

S.Salahov qeyd edib ki, hazırda gəmidə 12 azərbaycanlı dənizçi var. Onların əsas tələbi yığılıb qalan maaşlarının ödənilməsi və Azərbaycana qayıtmaları üçün şərait yaradılmasıdır.\\qafqazinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Oktyabr 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri