Icma.az
close
up
RU
Yanlış məfhum, olmayan xalq...

Yanlış məfhum, olmayan xalq...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xanım səfirin yüksək statusuna uyğun gəlməyən ifadələri

Finlandiyanın Ermənistandakı səfiri, xanım Kirsti Narinen bu günlərdə, yumşaq desək, qəribə açıqlama ilə gündəmə gəlib. Söhbət onun  sentyabrın 15-də keçirilən “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlıq 2025” beynəlxalq konfransı çərçivəsində Ermənistan mətbuatına verdiyi müsahibəsində ifadə etdiyi qarışıq fikirlərdən gedir. Xüsusilə də xanım səfirin Silahlı Qüvvələrimizin yüksək peşəkarlıqla həyata keçirdiyi uğurlu 23 saatlıq antiterror əməliyyatından sonra Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana gedən erməni əsilli insanlar barədə işlətdiyi ifadələr qəbuledilməzdir. “Dağlıq Qarabağın məcburi köçkünlərinə, “artsax xalqına” gəlincə, bizim edə biləcəyimiz ən yaxşı şey Ermənistanın möhkəmliyini, rifahını artırmaqda və bu insanların burada məskunlaşması və öz həyatlarını tapması üçün iqtisadi, siyasi və sosial imkanlar yaratmaqda ona dəstək olmaqdır. Əgər uzunmüddətli perspektivdən danışırıqsa, bu nöqtədə mühakimə yürütmək mümkün deyil”, - deyə Finlandiyanı Ermənistanda təmsil edən səfir bildirib.

Erməni əsilli insanlar Qarabağdan zorla çıxarılmayıblar

Əvvəlcə xanım səfirin müsahibəsində “məcburi köçkünlər” ifadəsindən istifadə etməsinə diqqət çəkək. “Məcburi köçkün” statusu yaşayış yerlərindən zor gücünə çıxarılan insanlara şamil edilir. Müharibələr və digər belə fövqəladə hallarda elə şərait yaranır ki, sakinlər ev-eşiklərini məcburi və təcili qaydada tərk etmək məcburiyyətində qalırlar. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistan havadarlarının dəstəyi ilə respublikamıza qarşı işğalçılıq siyasətinə başlayanda keçmiş Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı sakinləri məhz belə vəziyyətlə üz-üzə qalmışdılar. Həmin ərəfədə Ermənistanın silahlı birləşmələri dinc, əliyalın insanları hədəfə alır, onları ən amansız şəkildə soyqırımlarına məruz qoyur, ev-eşiklərini yandırırdılar, əmlaklarını talayırdılar. Xatırladaq ki, on minlərlə azərbaycanlı dinc sakin güllə yağışından canını qurtarmaq naminə qışın çovğununda ayaqyalın, başıaçıq meşələrə səpələnmək, Araz çayı vasitəsilə İrana keçmək məcburiyyətində qalmışdı. Amansız erməni terrorundan qurtulub həyatda qalan insanlar həqiqətən də məcburi köçkün idilər. O dövrdə Azərbaycan təxminən bir milyon qaçqın və məcburi köçkün ordusunu qarşıladı. Bu, əsl humanitar fəlakət idi. İnsanlar vaqonlarda, yarımçıq tikililərdə, çadırlarda məskunlaşmaq məcburiyyətində qalmışdılar.

İki il bundan əvvəl Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli insanlara (biz burada “vətəndaş”, “sakin” sözlərini ona görə işlətmirik ki, köç edənlərin böyük əksəriyyəti Ermənistan vətəndaşı olan və yaxud xaricdən gətirilərək burada məskunlaşdırılmış ermənilər idi. Bununla separatçılar ərazidə demoqrafik vəziyyəti dəyişmək, ermənilərin say üstünlüyünə nail olmaq məqsədi güdürdülər - red.)  ) gəldikdə isə vəziyyət tamam fərqli idi. Ermənilər Azərbaycan ərazilərini dinc və könüllü şəkildə tərk ediblər. Onlara heç kim təzyiq göstərməyib. Xanım səfirə xatırlatmaq istərdik ki, 44 günlük müharibədən sonra Xankəndidə və digər ərazilərdə yaşayan ermənilərə dəfələrlə  Azərbaycan vətəndaşlığını qəbul etmək və qanunlarımız altında yaşamaq çağırışları ünvanlanmışdı. Azərbaycan bunu müstəqillik, suverenlik prinsiplərini əsas götürməklə edirdi və tam ədalətli idi. Xanım səfir diplomatdır və yaxşı bilir ki, heç bir dövlət öz ərazisində insanların qeyri-qanuni şəkildə məskunlaşmasına icazə verməz. 23 saatlıq antiterror əməliyyatından sonra ermənilərin Qarabağdan çıxmalarını əks etdirən foto və video materiallar internetdə yerləşdirlib, hər kəsə açıqdır. Ermənilər ərazilərimizi tam təhlükəsiz şəkildə tərk ediblər, hətta ev əşyalarını, mal-heyvan sürülərini də özləri ilə aparıblar. Yol boyunca onlara su, ərzaq, şirniyyatlar təklif olunub. Bütün bunlar Azərbaycanın humanist yanaşmasını ortaya qoyur. Burada hər hansı bir məcburi köçkünlükdən bəhs etmək, sadəcə, ağa qara deməkdir.

“Artsax” mifi

Erməni separatçıları uzun illər ərzində heç bir əsası olmayan miflərə uyaraq yaşayıblar. Kilsə, xaricdəki erməni lobbisi onların beyninə “Böyük Ermənistan”, “mədəni xalq”, “qəhrəman ordu” xülyalarını yeridiblər. Üç onilliyi əhatə edən işğal illərində ermənilərin ərazilərimizdə törətdikləri vəhşiliklər, qabaqlarına keçən hər şeyi talayıb dağıtmaları, 44 günlük müharibədə erməni əsgər və zabitlərinin kütləvi şəkildə fərarilik etmələri bu uydurma mifləri tamam dağıtdı.

“Artsax” məfhumu da bir mifdir. Tarixdə belə bir toponimə rast gəlinmir. Hər kəsə bəllidir ki, bu yerlərin aborigen sakinləri məhz azərbaycanlılar olublar, ermənilər isə buraya güc mərkəzlərinin geosiyasi maraqları naminə məqsədli şəkildə köçürülüblər. Xanım səfirin olmayan məfhumdan və xalqdan danışması absurddur və onun yüksək statusuna uyğun gəlmir. Bu, həm də Azərbaycanın ərazi bütövlüyünü və postmüharibə mərhələsində başlayan, artıq məntiqi sonluğa çatmaq üzrə olan sülhyaratma prosesini dəstəkləyən Finlandiya hökumətinin mövqeyi ilə ziddiyyət təşkil edir.

MÜBARİZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Sentyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see380

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see335

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see334

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see307

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see303

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see281

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see245

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see242

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see236

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see219

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see207

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see185

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see181

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see176

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see175

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see170

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see162

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see161

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see157

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri