“Yaponiya Özbəkistan” dostluq qruplarının fəaliyyəti aktivləşdiriləcək
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaponiyanın ədliyyə naziri və Yaponiya parlamentinin Nümayəndələr Palatasının üzvü Keysuke Suzuki Özbəkistan Ali Məclisinin Senatında olub.
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, Senatın sədri Tənzilə Norbayeva ilə görüşdə Özbəkistan və Yaponiya arasında əməkdaşlığın hazırkı vəziyyəti və onun inkişaf perspektivləri müzakirə olunub. Parlamentlərarası dialoqun gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Əldə edilən ümumi razılığa əsasən, “Yaponiya-Özbəkistan” dostluq qruplarının fəaliyyəti aktivləşdiriləcək. Parlament komitələri arasında müntəzəm dialoq qurulacaq. Qanun yaradıcılığı, parlament nəzarəti, regional nümayəndəlik orqanlarının fəaliyyəti sahələrində təcrübə mübadiləsi aparılacaq.
Tərəflər Özbəkistan və Yaponiya arasında dostluq münasibətlərini daha da möhkəmləndirməyə və əməli əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.
Anar Əliyev
Bu mövzuda digər xəbərlər:Özbəkistan və Yaponiya razılığa gəliblər
14 Dekabr 2025 12:02
Özbəkistan Yaponiya ilə tələbə mübadiləsi həyata keçirəcək
15 May 2025 11:19
Özbəkistan teatrında Azərbaycanın “Dostluq səhnələri”
02 Aprel 2025 12:59
Özbəkistan dostluq və harmoniya ölkəsidir
13 Noyabr 2025 09:24
Özbəkistan Azərbaycan: ortaq köklərlə möhkəmlənən dostluq
02 Oktyabr 2025 20:47
Baxış sayı:139
Bu xəbər 01 May 2025 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















